İsrail baş nazirinin müavini Bakını İrana qarşı münasibətləri sərtləşdirməyə çağırıb

28.03Ş2012

İsrailin məxfi xidmətlərin işləri üzrə naziri Dan Meridor Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə İrana qarşı sanksiyaların ən qısa zamanda sərtləşdirilməsi zərurətini qeyd edib. Xəbəri İzrus saytı məlumat yayıb.

Görüş Seulda keçirilən nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutub. Görüş zamanı İsrail baş nazirinin müavini, xüsusi xidmətlərin işləri üzrə nazir Dan Meridor Azərbaycan prezidentini İrana qarşı sanksiyaların gücləndirilməsi zərurətinə inandırırdı. Meridor həmçinin Əliyevi İsrailə səfərə dəvət edib.

İki həftə əvvəl Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) İranın xeyrinə casusluqda və digər cinayətlərdə ittiham olunan 22 nəfərin həbs edildiyini bildirib. “Əməliyyat tədbirləri nəticəsində Azərbaycanın suverenliyi və təhlükəsizliyi zərərinə casusluqda, dövlətə xəyanətdə və digər ağır cinayətlərdə ittiham olunan 22 nəfər həbs edilib”, deyə məlumatda bildirilir. İran hakimiyyəti Azərbaycanın ABŞ və İsrailin Bakıdakı səfirliklərinə qarşı terror aktlarının hazırlanmasında iştirakı ilə ağlı ittihamlarını rədd edib. Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov martın 17-də İİR-in XİN-ə dəvət edilib və ona qəti etiraz bildirilib. Söhbət zamanı səfirə “İsrailin İranın nüfuzdan salınması üzrə səyləri” barədə məlumat verilib.

Öz növbəsində, İran üzrə məşhur İsrail eksperti Menaşe Amir hesab edir ki, Bakı və Qüds arasındakı tərəfdaşlıq münasibətlərinin alternativi yoxdur və onlar Tehranın narazılığına baxmayaraq, əməkdaşlığı genişləndirəcəklər.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button