İsrailin səhiyyə naziri istefa verdi –Şənbə günü işləməyə icazə verildiyinə görə vəzifəsini tərk edib

İsrailin səhiyyə naziri Yaakov Litzman istefa verib.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, “Yahadut Ya Tora” Partiyasının rəhbəri olan Yaakov Litzman “Şabat” adlandırılan gün, yəni şənbə günü dəmir yollarında təmir işlərinin aparılmasına icazə verildiyi üçün istefa ərizəsi yazıb. Qeyd edək ki, yəhudi ənənəsinə görə, “Şabat”da bir çox sahələrdə işləmək qadağan olunub.

Yaakov Litzmanın istefa verməsinə baxmayaraq, “Yahadut Ya Tora” Partiyası hakim koalisiyada qalmaqda davam edəcək.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button