İstanbulda “21-ci Türk Uşaq Şöləni” – FOTOLAR

cocuq şöləniTürkiyənin mədəniyyət paytaxtı İstanbul, bu günlərdə maraqlı bir tədbirə ev sahiblik edir. Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə baş tutan bu tədbir “21-ci Türk dünyası uşaq şöləni” adlanır. 21 ildir davam edən bu mədəniyyət hadisəsi 10 gün davam edəcək. Türk dünyasının müxtəlif bölgələrindən gələn uşaqlar dünən İstanbulun Bakırköy azadlıq meydanında toplanıblar. Tədbirdə iştirak edən könüllü tələbələr ürəyi türklük eşqi ilə çırpınan insanlar tərəfindən müsafir edildilər. Bu insanlardan biri də İstanbulda yaşayan və fəaliyyət göstərən azərbaycanlı araşdırmaçı-yazar Gülarə Yeniseydir. O, 3 başqırd balacanı 10 gün evində dəvət edəcək.

xural.com-un İstanbuldakı əməkdaşının verdiyi məlumatlara görə, 21 ildir toplanan bu şölənin 23 aprel Uşaqlar bayramından fərqi var. 23 aprel bütün dünya uşaqlarının Türkiyədə keçirdikləri şöləndirsə, bu tədbir yalnız Türk ölkə və cəmiyyətlərindən gələn uşaqlara aiddir. Yəni bu şölən Türk balalarının bayramıdır.

Tədbirdən çəkilən fotoları təqdim edirik:

cocuq şöləni4

cocuq şöləni5

cocuq şöləni3

cocuq şöləni2

cocuq şöləni1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button