İstanbulda Azərbaycana dəstək aksiyası – FOTO

423683

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbər və üzvləri İstanbulda oxuyan azərbaycanlı tələbələrlə birgə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun qarşısına toplaşaraq Ermənistan dövlətinin son günlər törətdiyi hərbi təxribatlarla əlaqədar Azərbaycan dövlətinə dəstək aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, QHT nümayəndələrinin də qatıldığı dəstək aksiyasında iştirakçılar Azərbaycan və Türkiyə bayraqları dalğalandıraraq “Qarabağ bizimdir”, “Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı”, “İgid əsgər, dik dayan!” “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” yazılı şüarlar səsləndiriblər.

Çıxış edənlər Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində insan tələfatı və dağıntılara səbəb olan hadisələri pisləyib, həlak olan azərbaycanlılar üçün kədərləndiklərini ifadə ediblər.

Aksiyada Ermənistan dövlətinin təcavüzkarlıq siyasəti pislənilib, işğalçı dövlət müvafiq beynəlxalq müqavilələrə və hüquq normalarına əməl etməyə çağırılıb.

İştirakçılar Azərbaycan dövlətinə və xalqına dəstək ifadə edib, Türkiyə-Azərbaycan dostluğunun əbədi olacağını dilə gətiriblər.

Qeyd edək ki, TADEF-in təşəbbüsü ilə dünən Kocaelidə də Azərbaycana dəstək mitinqi keçirilib(milli.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button