İstanbulda Türk Şurası nəqliyyat nazirlərinin toplantısı başlayıb

Türk Şurası nəqliyyat nazirlərinin III toplantısı 1

İstanbulda Türk Şurası nəqliyyat nazirlərinin III toplantısı başlayıb.

Apa.az-ın  Türkiyə bürosunun xəbərinə görə, toplantını giriş sözü ilə açan Türk Şurasının baş katibi Ramil Həsənov nəqliyyat layihələrinin həyata keçirilməsinin Şuranın əsas məqsədlərindən biri olduğunu vurğulayıb. O, Şuranın III toplantısında qəbul edilən qərarların dövlət başçılarının bu ilin sentyabrında Bişkekdə keçiriləcək zirvə toplantısının gündəminə gətiriləcəyini söyləyib.

Türk Şurası nəqliyyat nazirlərinin III toplantısı 3

Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım üzv ölkələr arasındakı əməkdaşlığın gücləndirilməsində regional və qlobal layihələrin önəmindən danışaraq deyib:

“Bu çərçivədə Bakı-Tiflis-Qars və Xəzər üzərindən dəniz nəqliyyatçılığının inkişaf etdirilməsi çox mühümdür. Türkiyə bu sahədəki təcrübəsini həm Şuradakı, həm də ikitərəfli əməkdaşlıq çərçivəsində qardaş ölkələrlə bölüşməyə həmişə hazırdır. 2002-ci ildə İstanbuldakı Atatürk Hava limanından illik tranzit yolçuların sayı 2 milyon nəfər idisə, hal-hazırda bu rəqəm 25 milyona çatıb. Eyni dönəmdə Atatürk Hava limanının illik sərnişin həcmi 33 milyon idisə, indi 200 milyonu keçib. Tranzit Hava nəqliyyatında Türkiyə dünyanın lideri halına gəlib. Anadolu torpaqları, Qafqaz və Orta Asiya ilə bağlantılı tranzit nəqliyyatını daha da inkişaf etdirməyi Türk Şurasındakı əməkdaşlığımızda ön plana çıxaracağıq”.

Türk Şurası nəqliyyat nazirlərinin III toplantısı 2

Azərbaycan Nəqliyyat nazirinin müavini Musa Pənahov çıxışında birgə əməkdaşlıq layihələri çərçivəsində Azərbaycanın öz üzərinə düşən öhdəlikləri bundan sonra da yüksək səviyyədə yerinə yetirəcəyini bildirib.

Türk Şurası nəqliyyat nazirlərinin III toplantısı

Qırğızıstan nəqliyyat və kommunikasiya naziri Arqınbek Malabayev və Qazaxıstan Dövlət Nəqliyyat Komitəsi sədrinin müavini Yerlan Jumaitov da çıxış ediblər.

Günortadan sonra toplantı mediaya qapalı şəkildə davam etdirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button