İstintaqda “Azadlıq”ın baş redaktor əvəzindən nələri soruşublar?

Sentyabrın 9-da “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində ifadə verib. Bu barədə Rahim Hacıyevin özü məlumat verib: “Bu gün saat 12-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində  ifadə vermişəm. Təfərrüatlara vara bilmərəm. Bircə onu deyə bilərəm ki, suallar ümumən “Azadlıq” qəzetinin fəaliyyəti ilə bağlı idi”.

Dindirmədə Rahim Hacıyevin vəkili Əsabəli Mustafayev də iştirak edib.

Qeyd edək ki, Rahim Hacıyevdən əvvəl Azadlıq qəzetinin əməkdaşları Vidadi Məmmədov, Xəyal Babayev cə redaktor Sücəddin Şərifov da Ağır Cinayətlərə Dair İstintaq idarəsində bu işlə bağlı dindirilib.

***

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində “Azadlıq” qəzetinin baş redaktorunun I müavini Rahim Hacıyevin ifadə verməsi başa çatıb.

***

Sentyabrın 9-da “Azadlıq” qəzetinin baş redaktorunun I müavini (baş redaktor əvəzi) Rahim Hacıyev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırlıb. Bu barədə Rahim Hacıyevin özü məlumat verib. O deyib ki, müstəntiq zəng edərək  bu gün saat 12-də idarədə olmasını istəyib. Rahim Hacıyev idarəyə şahid qismində dəvət edildiyini bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button