İsveç nəşrindən qalmaqallı iddia:İslam terrorunun banisi Lenindir – Təhlil

marks

İslam naminə terror müqəddəs kitabın şərhinə deyil, müasir məzmunlu ideologiyaya əsaslanır.

Terrorizm növbəti zərbəsini endirdi – bu dəfə Avropanın lap ürəyinə. Və sifariş kimi, dini həqiqətlərin alternataiv şərhinə çağıran bir qism insanın həyata keçirdiyi əmələ görə günahkar bilinən Avropanın müsəlman əhalisinə günah hissini sırıyırlar. Təcrid tələbi və güclənən İslam xofundan savayı, teraktlardan sonra qanuni sual doğur ki, bunları İslam dini sanksiyalaşdırıb?

İŞİD-in cavabı “bəli” olardı. Lakin bu şərh haradan qaynaqlanır? Müqəddəs kitabdan? İlahiyyatçılardan? Cavab çoxlarını şoka salardı və şübhəsiz ki,  İŞİD ideyalarının qurbanına çevrilmiş xeyli məlumatsız insan inanır ki, dindarlığın ən yüksək dərəcəsi budur.

Əslində, İŞİD XX əsrin ortalarında inkişafa başlamış və marksizm-leninizmin prinsiplərinə əsaslanan siyasi şərhin ardınca gedir. Onların Misir filosofu və mütəfəkkiri Səid Qütbə isnad edən mövqeyinə görə, din bu prinsipləri legitimləşdirir. Qütb (1906-1966) dini məsələlərə qapılmazdan əvvəl Misirdəki dünyəvi kommunist və sosialist dairələrin fəal iştiraklçısı idi. O öz əsərlərində dini öz keçmişinin dünyəvi ideyaları vasitəsilə şərh edirdi.

Alimlərin əksəriyyəti hesab edir ki, Qütbün ən önəmli əsəri “Yoldakı işarələr” bir çox hallarda Leninin 1902-ci ildə yazdığı “Nə etməli?” manifestinə əsaslanır. Bundan savayı, Qütb hesab edirdi ki, bütün müsəlman icmaları küfrə qapılıb və az sayda seçkin “möminlər”in əliylə edilən inqilab yeganə qurtuluşdur. O bunu “cihad” adlandırdı. Onun ideyaları yayıldı, Üsamə bin Ladenə, sonra isə İŞİD-ə təsir etdi. Bu haqda xeyli informasiya var və onunla tanış olmağı təkidlə tövsiyə edirəm.

İslamın siyasi şərhi, yəni təlimin siyasi terminlərlə izahı həm müsəlman cəmiyyəti, həm də qalan dünya üçün dövrümüzün ən böyük geosiyasi təhidlərindən birinə çevrilib. Söhbət təkcə ideoloji deyil, həm də ruhsal mövqe haqdadır, çünki ruhsal yönlər dəyərsizləşdirilir və plüralizm ənənələri inkar olunur. Önəmli olan yalnız cəmiyyətin strukturudur və dinin məqsədi məhz odur. Praktikada saxta şəkildə şərh edilən bu ideyalar fəlakətli nəticələrə aparır. O həm də digər mömin xeyli müəslman içində İslam obrazını təhrif edir.

İslam birinci növbədə fərdlə Yaradan arasında ruhsal əlaqəni nəzərdə tutur.İslam hakimiyyəti ələ keçirtmək vasitəsi deyil. Möminliyin yalnız məqdsədə çatmaq, yəni hakimiyyət əldə etmək üsulu olduğu ideologiyalar ruhsal rəhbərlik sahəsinə adi olan dinin mənasını ciddi şəkildə təhrif edir. Bu ideologiyalar İslamın klassik təliminə aid deyil. İslamın çağdaş bilicilərinin fikrincə, siyasəti insanın dini praktikasının mərkəzinə yerləşdirməyə istənilən cəhd radikallaşdırma əlamətidir.

Dini həyatı xırdalıqlarına qədər zorakılıqla idarə edən sistem quraşdırmaqdan ötrü (“proletariat diktaturası” ilə tutuşdurun) inqilab yoluyla cəmiyyəti dəyişdirmək ideyasının İslamda təməli yoxdur. Lakin indiki gerçəkliyi məhz Qütbün formalaşdırdığı bu ideya biçimlədi. İkinci rəşid xəlifə Ömər ibn əl-Xəttabın dönəmində dövlət insanın şəxsi işlərinə qarışmırdı. Daha bir mühüm prinsip bundan ibarətdir ki, müsəlman qaydaları ancaq ona inanlar üçün nəzərdə tutulmuşdu. Hansısa səbəbdən ona inanmayan və yaxud kənar durmağa çalışan insanı qaydaların icrasına məcbur etmək lazım deyil.

İstənilən dəyişikliklər demokratik şəkildə, yəni ictimai rəyin ifadəsi, müzakirələr və kollektiv iştirak yoluyla baş verməlidir. Hansısa diffuz kütlənin, bu kütlənin nə istədiyi haqda düşüncələr xatirinə cəmiyyətin zorla dağılmasına yönəlik ideyalar artıq keçən əsrin ən böyük siyasi səhvlərindən birində bəlirləndi.

Gibril Fodor

Svenska Dagbladet (İsveç), 09.04.2016

Tərcümə Strateq.az-ındır.  

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button