İsveçdə qaçqınların sığınacağınaod vurdular

İsveçin Akers şəhərində qaçqınlar üçün müvəqqəti düşərgə kimi planlaşdırılan keçmiş uşaq bağçasının binasında yanğın baş verib.

Yerli KİV-lərin polisə istinadla yaydığı məlumata görə, yanğın vaxtı binada heç kim olmayıb. Hadisə yerinə yanğınsöndürənlərin və polisin vaxtında çatmasına baxmayaraq, alovu dərhal söndürmək mümkün olmayıb. Nəticədə binaya ciddi zərər dəyib.

Yerli bələdiyyənin məlumatına görə, binada İsveçə tez-tez valideynsiz gələn qaçqınların (uşaq və yeniyetmələrin) yerləşdirilməsi planlaşdırılıbmış. Polisin nümayəndəsi KİV-lərə müsahibəsində deyib: “Biz əmlaka ciddi zərər vurulması” maddəsi üzrə cinayət işi açmışıq. Habelə bu yanğının qəsdən törədilməsi ehtimalını da nəzərdən keçiririk.

İsveç keçən il 160 mindən çox qaçqın qəbul edib. Əhalisinin sayı 9,7 milyon olan İsveç adambaşına düşən qaçqının sayına görə Aİ-də birinci yeri tutub.

Bu ölkədə ictimai binaların çoxu sığınacaq istəyənlər üçün müvəqqəti yaşayış yerinə çevrilib. Habelə keçən il krallıqda qaçqınların yerləşdirilməsi planlaşdırılan 20-dən çox düşərgə yandırılıb. İsveç hökuməti düşərgələrin gələcəkdə yandırılmasının qarşısını almaq üçün qaçqınların yerləşdiriləcəyi məkanların gizli qalması və mühafizənin gücləndirilməsi haqqında qərar qəbul edib. Bu isə ictimai asayişdən çox qaçqınların problemi ilə məşğul olan polislərin çatışmazlığına gətirib çıxarıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button