“…İtkin düşən neftçilərin tapılmaması halları da olub”

“İndiyədək dənizdə itkin düşən neftçilərin ümumiyyətlə, tapılmaması halları da olub“.

Bunu musavat.com-un sualını cavablandırarkən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib.

SOCAR rəsmisi qeyd edib ki, bu barədə dəqiq statistika olmasa da, indiyədək baş verən qəzalarda itkin düşən neftçilərdən tapılmayanlar da olub.

Balamirzə Ağarəhimovun bu açıqlaması həm də ondan xəbər verir ki, axtarış tədbirləri başa çatdırılıb. İndiyədək 20-dən çox batan neftçinin cəsədləri də ola bilsin ki, ümumiyyətlə tapılmasın.

Qeyd edək ki, dekabrın 4-də “Günəşli” yatağında baş verən qəzada itkin düşən 32 neftçidən yalnız 6-nın cansız bədəni tapılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button