İtkin düşən rusiyalı tələbə Türkiyə-Suriya sərhədində saxlanılıb

itkin qizSuriyada terrorçulara qoşulmaq istəyən rusiyalı qadın Türkiyə ərazisində saxlanılıb

xural.com -un İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, bir neçə gün öncə itkin düşən Moskva Dövlət Universitetinin tələbəsi  Varvara Karaulova Türkiyə sərhədçiləri tərəfindən Türkiyə-Suriya sərhədində saxlanılıb.

Məlumatı Rusiyanın Ankara şəhərində yerləşən səfirliyindən veriblər. Xatırladaq ki, Moskva Dövlət Universitetinin tələbəsi mayın 27-də evdən dərs adıyla çıxıb və bir daha geri dönməyib.

Daha sonra, hüquq mühafizə orqanları müəyyən ediblər ki, Varvara Karaulova Moskva şəhərinin Şeremetova hava limanından İstanbulun Atatürk hava limanına bilet alaraq Türkiyəyə yollanıb.

Ailəsi tərəfindən beynəlxalq axtarışa verilən Varvaranın İŞİD terorrçularına qoşulmaq və terrorçular tərəfindən cəlb olunması ehtimalı öz təsdiqini tapıb.

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button