IV Qlobal Bakı Forumunun açılışı oldu

İlham Əliyev və xanımı Mehriban Əliyeva

Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu işə başlayıb.

Xural.com azertag.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı.

Dövlət başçısı tədbirdə nitq söylədi.

Sonra Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Albaniya Prezidenti Buyar Nişani, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili çıxış etdilər.

Daha sonra Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Foruma ünvanladığı məktub oxundu. Məktubu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq oxudu.

Kanadanın Baş naziri Castin Trudeaunun, UNESCO-nun baş direktoru İrina Bokovanın Forum iştirakçılarına videomüraciətləri nümayiş etdirildikdən sonra Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış etdi.

Sonda birgə foto çəkdirildi.

Dördüncü Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Forumda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İki gün davam edəcək tədbirdə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə ediləcək. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button