İyunun 10-da bu yerlərə yağış yağacaq – Hava proqnozu
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xural.com -a bildirilib ki, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-20, gündüz 28-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 10-da hava, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.