“İzvestiya” Putinin “Qarabağ düsturu”nu açdı: “Ərazilərin bir hissəsi və köçkünlər geri qayıdır, rus qoşunları bölgəyə yerləşdirilir və…”

putin-qezeb.jpg

Rusiya və şəxsən prezidenti Vladimir Putin yaxın günlərdə başlayacaq Dağlıq Qarabağ danışıqları üzrə kompromisə nail olmaq üçün aktiv şəkildə səy göstərəcək. 

Bu barədə diplomatik mənbə Rusiyanın “İzvestiya” nəşrinə bildirib.

Mənbənin sözlərinə görə, rus lider hər iki tərəfin siyasətçilərini kompromisin zəruriliyi ilə bağlı şəxsən inandırmağa hazırdır.

“Hərbi əməliyyatların dayandırılmasından söhbət getdikdə hər iki tərəf danışıqlar masası arxasına əyləşməyə hazırdır. Lakin dərhal qarşılıqlı iddialar yada düşür və ərazi məsələsi həllolunmaz hala gəlir. Qarşıda çətin danışıqlar var və burada Rusiyanın köməyi olmadan keçinmək mümkün deyil”, – deyə, mənbə “İzvestiya”ya bildirib.

Onun sözlərinə görə, Rusiyanın nizamlama planı “ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması, münaqişə zonasına sülhməramlıların yeridilməsi, qaçqınların qaytarılması və Qarabağın legitimləşdirilməsindən (yəni, sərhədlərin açılması və iqtisadi əlaqələrin bərpa olunması) ibarətdir, vəziyyət sakitləşəndə sonra isə regionun kimə mənsub olması haqqında referendum keçirmək təklif olunur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Vladimir Putin Rusiya xalqı ilə canlı təmasda söz verdi ki, Moskva Qarabağ münaqişəsinin həm beynəlxalq qurumlar, həm də ikitərəfli qaydada həlli üçün səy göstərəcək: “Kimin nə deməyindən asılı olmayaraq, Rusiya bu məsələnin həllində maraqlıdır, çünki biz həm Azərbaycan, həm də Ermənistanla tam səviyyədə işləmək istəyirik”.

Azvision

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button