Jurnalist Araşdırma Mərkəzinə xəbərdarlıq edildi

JAMAzərbaycan Mətbuat Şurasının iddiası ilə daha bir informasiya portalı Baş Prokurorluq tərəfindən xəbərdarlıq aldı

Mətbuat Şurasının müraciətində deyilir ki, “Jurnalist Araşdırma Mərkəzinin internet saytında (jam.az) müxtəlif dövrlərdə “həqiqətə uyğun olmayan, qərəzli, insanların şərəf və ləyaqətini alçaldan, eyni zamanda, onları nüfuzdan salan böhtan və təhqir xarakterli informasiyaların yayılması müəyyən edilib”.

Bununla əlaqədar Baş Prokurorluğa dəvət edilən agentliyin rəhbəri Fikrət Fəraməzoğlundan tələb edilib ki, bundan sonra “qərəzli, reallığı əks etdirməyən, böhtan və təhqir xarakterli məlumatların yayılmasına son qoyulsun” Gələcəkdə belə xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Qeyd edək ki, jam.az saytında əsasən irili, xırdalı məmurların iş fəaliyyəti tənqid edilir, vətəndaşların sosial problemləri işıqlandırılır.

“Artıq kimin bostanına daş atdıysa…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button