Jurnalist Rasim Əliyevin ölümündə şübhəli bilinən daha bir neçə nəfər saxlandı – VİDEO

Rasim ƏliyevJurnalist Rasim Əliyevin qətlə ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.

xural.com-un əldə etdiyi məlumata görə, bu barədə apa.az-a hüquq-mühafizə orqanlarından bildiriliblər.
Məlumatda qeyd olunur ki, hadisədə şübhəli bilinərək saxlanılan şəxslərin barəsində bu gün məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçiləcək. Saxlanılan şəxslərin arasında futbolçu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov da var. Saxlanılan digər şəxslərin kimliyi istintaq sirri olduğu üçün açıqlanmır.
Hüquq-mühafizə orqanlarından APA-ya həmçinin bildirilib ki, hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının görüntüləri istintaqa təqdim olunub. Bundan başqa, Rasim Əliyevin mobil telefonuna edilən zənglər araşdırılıb və hadisə şahidlərinin, mərhumun yaxınlarının, onun müayinəsini aparan həkimlərin izahatı alınıb.
xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button