Jurnalist Xədicə İsmayılova da azadlığa çıxa bilər

Xədicə İsmayılova

Bakı Apellyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayılova haqqında qərarından kassasiya şikayətinə Ali Məhkəmənin hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Jurnalistin vəkili Fariz Namazlı jurnalistlərə deyib ki, Ali Məhkəmənin Xədicə İsmayılovanın cəzasını yüngülləşdirəcəyinə ümid edirlər: “Prosesin vaxtı hələ təyin olunmayıb. Kassasiya baxışı nəticəsində Xədicə İsmayılova haqqında müsbət qərar çıxarılacağı ehtimal olunur”.

X.İsmayılova 2014-cü il dekabrın 5-dən həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayılovaya 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

İttihama görə, X.İsmayılova “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

2015-ci il noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın jurnalist haqqında hökmünü qüvvədə saxlayıb.

Azərbaycan Respublikası Ali Məhkəməsində virtualaz.org-a yaxın zamanlarda jurnalist Xədicə İsmayılovanın işi üzrə kassasiya şikayətinə baxılacağı barədə məlumatı təsdiqləyiblər.

Beynəlxalq hüquq təşkilatları jurnalistin azad olunmasını tələb edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button