Jurnalist Xədicə İsmayılovanın “Demokratiya üçün süpürək!” cəriməsi

xedeci- 112.07.2013

İyulun 11-də Binəqədi rayon icra şöbəsi araşdırmaçı-jurnalist Xədicə İsmayılovaya küçə süpürməyi rəva bilməyib. Jurnalist xeyli gözlədildikdən sonra onun üçün müvafiq iş axtarıldığı bildirilib. 

“Mən məhkəmə qərarına uyğun olaraq Binəqədi rayon icra şöbəsinə getdim. Orada siyasi fəal Cəmil Hacıyevi işlə təmin etdilər. Lakin xeyli gözləyəndən sonra mənə yeni iş axtardıqlarını dedilər və azad buraxdılar”, – jurnalist Turan-a bildirib.

O, məhkəmə qərarını “Demokratiya üçün süpürək, ölkəmizi pisliklərdən təmizləmək bizə düşər!” kampaniyası altında yerinə yetirəcəyini bəyan edib.

Xatırladaq ki, jurnalist yanvarın 26-da İsmayıllıda baş verən hadisələrlə bağlı keçirilən  etiraz aksiyasında iştirak etdiyinə görə 400 manat cərimələnib. O, cəriməni ödəməkdən imtina edib. Bundan sonra iyunun 10-da Binəqədi Rayon Məhkəməsi  X.İsmayılovanın cəriməsini 220 saat ictimai işə cəlb olunmaqla əvəz edib.

1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button