Jurnalistin anası prokurorluqda dindirmədən sonra reanimasiyaya düşüb

“Kanal 13” İnternet televiziyasının icraçı direktoru Əziz Orucovun anası Almaz Həsənova ağır vəziyyətdə 2 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirmə zamanı onun vəziyyəti kəskin pisləşib. Bu barədə Turan-a həbsdə olan jurnalistin həyat yoldaşı, “Kanal 13” televiziyasının redaktoru Lamiyə Orucova bildirib. O qeyd edib ki, həkimlərin vaxtında müdaxiləsi olmasaydı 66 yaşlı qadın yenidən insult keçirə bilərdi.

Ə. Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib. İyunun 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Almaz Həsənovanı iyunun 22-də saat 15.00-dan 18.00-dək müstəntiqlər Ramiq Babayev və Orxan Babayev dindiriblər.

“Məni və vəkil Əlibaba Rzayevi prokurorluğa buraxmadılar. Almaz xanım dəfələrlə vəkilin dindirmədə iştirakının təmin edilməsini tələb etsə də vəkili onun yanına buraxmadılar. 3 saat dindirildikdən sonra saat 18:00-da Almaz xanımın təzyiqi və şəkəri qalxdı. Mən məcbur olub təcili tibbi yardım çağırdım. Xəstəxanaya çatdırılanda onun təzyiqi 200-ə qalxmışdı. Həkimlərin vaxtında müdaxiləsi Almaz xanımı ikinci dəfə insult keçirməkdən xilas etdi. Onun səhhəti indi də risk altındadır”, – L.Orucova qeyd edib.

Öz növbəsində vəkil Ə.Rzayev prokurorluq əməkdaşlarının hərəkətini “qanunsuz və qeyri-etik” adlandırıb.

Əvvəla, A.Həsənovaya ifadə verməsi üçün çağırılması barədə məlumat verilməyib. İkincisi, ona xəbərdarlıq etməliydilər ki, qanuna əsasən o, oğlunun işi üzrə ifadə verməmək hüququna malikdir. Üçüncüsü, A.Həsənovaya imkan yaradılmalıydı ki, öz hüquqi nümayəndəsini dəvət etsin.

“Mən öncədən Almaz Həsənovaya xəbərdarlıq etdim ki, əgər çağırış rəsmi ifadə verilməsilə bağlıdırsa, o, öz nümayəndəsini dəvət edə bilər. Ancaq Almaz Həsənova vəkilin dəvət olunmasına israr etdikdə prokurorluq işçiləri ona bunu etməyə icazə vermədilər və dindrməyə başladılar. O, belə təzyiqlərdən,

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button