Jurnalistin səhhəti ağırlaşıb

Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova Amerikanın Səsinə bildirib

Kanal 13 internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun səhhəti ağırlaşıb.

Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, vəkil Cavad Cavadov onunla bu gün 14 saylı cəzaçəkmə müəssisəsində görüşüb və jurnalistin halsız olduğunu görüb.

Həyat yoldaşı Əziz Orucovun böyrək çatışmamazlığından əziyyət çəkdiyini deyib.

“Bu azmış kimi ürəyində də problemlər yaranıb”, o qeyd edib.

Lamiyə Orucova həyat yoldaşının tibb məntəqəsinə keçirilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə müraciət edəcək.

Lamiyə Orucova deyib ki, cəzaçəkmə müəssisəsində jurnalistə sağalması üçün yüngül köməklər edilsə də, yetərli deyil.

O, ictimiayyətdən Əziz Orucovun məsələsinin diqqətdə saxlanılmasını xahiş edib.

Penitensiar Xidmət Orucovun səhhəyi ilə bağlı məlumata hələ münasibət bildirməyib.

Əziz Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Əziz Orucov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinin qarşısını almaq üçün həbs edildiyini bildirib. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button