Jurnalistlər Elmar Hüseynovun xatirəsini onun evinin önündə anıblar

02.03.2012

Martın 2-də ənənə üzrə axşam saat 9-da müstəqil KİV nümayəndələri “Monitor” jurnalının baş redaktoru, 2005-ci ildə bu tarixdə evinin astanasında müzdlu qatil tərəfindən qətlə yetirilən Elmar Hüseynovun xatirəsini ehtiramla yad ediblər.

Elmarın dostları və silahdaşları əllərində yandırılmış şam pilləkənlərlə üçüncü mərtəbədə Hüseynovların keçmiş evinin qapısı önünə qalxaraq,rəmzi olaraq həyatla ölüm arasında pillələrdən keçiblər.

“Monitor” jurnalında Elmarın silahdaşı olmuş keçmiş siyasi məhbus Eynulla Fətullayev toplananlar qarşısında çıxış edərək bildirib ki, jurnalistlər öz borclarını yerinə yetirərək Elmarın unudulmasına yol vermirlər.”O, Azərbaycan xalqının azadlığı və çiçəklənməsi uğrunda həlak olub. Biz əminik ki, onun ölümü əbəs deyildi”, – deyə Fətullayev bildirib.

Sonuncu sözləri deyəndə səmadan yağış damcıları düşməyə başladı və faydalı hadisələr olacağını müjdələdi.

CONTACT

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button