Jurnalistləri Müdafiə Komitəsi (CPJ): «Əvəz Zeynallı dərhal azad olunmalıdır»

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən narahatdır və Azərbaycan hakimiyyətini jurnalisti dərhal azad etməyə çağırır.

Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub, haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib. Jurnalist deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. O, rüşvət tələb etməkdə ittiham olunur. İttiham təsdiqlənərsə, onu 12 ilədək həbs cəzası gözləyir.

Jurnalistləri Müdafiə Komitəsi isə bildirir ki, hələ sentyabr ayında jurnalist öz «Xural» qəzetində deputat Gülər Əhmədovanın ona pul təklif etdiyini yazırdı:

«Azərbaycan hakimiyyətinin siyasi motivli ittihamlar irəli sürmək üzrə uzun tarixçəsi var»

Komitənin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova belə deyib:

«Biz qorxuruq ki, Əvəz Zeynallı və onun «Xural» qəzeti müstəqil yazılarına görə cəzalandırılıb. O, azad edilməlidir».

02.11.2011

“Azadlıq” radiosu

http://www.azadliq.org/content/article/24378802.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button