Jurnalistlərlə görüş keçirilib

İyulun 21-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov peşə bayramları və Milli Mətbuatımızın 136-cı ildönümü münasibətilə bölgədə fəalliyyət göstərən bir qrup jurnalisti qəbul edib.

Görüşdə çıxış edən icra başçısı jurnalistlərə xüsusi hörmət bəslədiyini, onlara problemləri ilə daim maraqlandığını qeyd etməklə yanaşı, onlara ucuz təbliğata yol verməməyi, faktlarla çıxış etməyi və neqatif hallara göz yummamağı tövsiyə edib.

Bütün jurnalistlər adından çıxış edən “Yeni Gün” qəzetinin baş yazarı Böyükxan Bağırlı göstərdiyi təşəbbüs və qayğıya görə cənab başçıya hamının təşəkkürünü çatdırıb, rayonda gedən tikinti-abadlıq işlərinə, kənd yollarını çəkilişinə və kəndlərin qazlaşdırılmasına görə ona Oxucular adından təşəkkür bildirib.

Sonda cənab Əziz Əzizov görüşdə iştirak edən jurnalistləri bir-bir təbrik edərək onları qiymətli hədiyyələr və pulla mükafatlandırıb.

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button