“Kəbirə Məmmədova prezidentdən qorxmur…”

Tofiq Cəfərov
İş adamı Tofiq Cəfərov

T.Cəfərov: “Dedim prezidentə şikayət edəcəm, Kəbirə Məmmədova mənə “Get nə bilirsən elə”- dedi”

Tofiq Cəfərov adlı azərbaycanlı iş adamı xural.com-a məktubla müraciət edib. Müraciətdə haqlarının pozulduğunu iddia edən T.Cəfərovun sözlərinə görə, uzun illər Ukraynada alın təri ilə qazandığı pulları Binə Ticarət Mərkəzinin (TM) müdiri Kəbirə Məmmədova mənimsəyib. Ünvanlı olaraq, ciddi faktların ortaya qoyulduğunu nəzərə alaraq, məktubu olduğu kimi dərc edirik:

“25 il Ukrainada yaşadıqdan sonra ailə vəziyyəti ilə əlaqar Azərbaycana döndüm.

23.01.2007-ci ildə bir qızım dünyaya gəldi. İş qurub ailəmi dolandırmaq istədim. 2007-ci ildə Qaradağ rayonunda yeni tikiləcək Binə və Sədərək ticarət mərkəzlərinə hərəsində 2 mağaza (4) tikilməsi üçün Binə TM-nə 2x50kv=100kv üçün 70000 AZN, Sədərək TM-nə 50kv+30kv=80kv olmaqla 37.500 AZN ödədim.

2008-ci ildə təmir üçün Binə TM-nə 100kv 5.500 AZN verdim.

2009-cu ildə TM-ləri fəaliyyətə başladı. Binə TM-nin müdiri Kəbirə Məmmədova mağazalarımın mənə təfil verilməsi üçün 2 mağaza üçün 16.000 qapı və açar pulu istədi və mən də ödədim.

Hər iki bazarda satın aldığım mağazalar başqa şəxslərə 5 qat bahasına satıldı. Mən isə əlimdə sadəcə saxta müqavilədə göstərilən heç də tikilməyi gözlənilməyən mağaza nömrələri ilə qaldım – 14 və 18-ci sıra.

Bu günə kimi o sıraların adı var, mağaza isə o sıralarda yoxdur. Mən isə nə qapı gördüm, nə də açar. Dəfələrlə, “sənin mağazalarını verəcəyəm”- deyib, məni aldadan K Məmmədovaya 2009-cu il dekabr ayında dedim ki, Prezidetimizə məktub yazıb, hər şeyi olduğu kimi bildirəcəyəm, ondan aldığım cavab isə belə oldu: “Get nə bilirsən elə”.

Ulu öndərimizin hakimiyyəti dönəmində vətəndaşlara qarşı heç kəs bu cür danışmağa cürət etməzdi. İndi belə çıxır ki, Kəbirə Məmmədova prezidentdən qorxmur. 4 mağaza üçün pul yatıran insan, indi düşüb dilənçi vəziyyətinə. 5 ildir ki, haqqımı tələb edə bilmirəm. Mən haradan bilim ki, Prezidentimizin və nazirlərimizin ətrafı elə hasarlanıb ki, hətta onlara 500 metrədən yaxın da düşmək olmaz, nəinki məktub çatdırmaq.

K. Məmmədova haqlıymış, “get nə bilirsən elə” – deyəndə. 2007-ci ildən pulumdan “ac milionerlər” faydalanırlar, mən isə balaca qızımın üzünə baxa bilmirəm. Hətta 54 yaşım olduğu üçün işə götürmürlər. Yaxın adamın olmasa iş tapmaqda mümkün deyil. Pulum yoxdur ki, mənkəməyə verim, vəkil tutum. Həm də kim bilmir ki, məhkəmə də onlar tərəfədədir? Onlar üçün maddi maraq birinci yer tutur, nəinki kimsəsiz, pulsuz vətəndaşın haqqını bərpa etmək. Görünən budur ki, Prezidentimizin göstərişlərinə əməl edən yoxdur. Dəfələrlə vətəndaşların maraqları üşün çalışmaları göstərişini versə də, bilərəkdən K Məmmədova kimi iş qulluqçuları vətəndaşları açıq-aşkar aldadmaqda, haqqını yeməkdə davam edəcək.

YAP-ın üzvüyəm, Ukraynada yaşadığım müddətdə Azərbaycan cəmiyyətin şəhər üzrə sədri olmuşam. azərbaycanın maraqlarını hər zaman şəxsi maraqlarımdan üstün tutmuşam. Azərbaycanın adı gələndə qarşımda sədd görməmiməm, milli maraqlarım üçün fasiləsiz və tükənmədən çalışmışam.  Mənə qarşı törədilən haqsızlıqlar barədə YAP-na məktub göndərdim, nə yazıq ki, bu günə qədər heç bir cavab ala bilməmişəm. Dəfələrlə Milli Məclisə məktubla müraciət etmişəm. Birinci xanım Mehriban Əliyevfya etdiyim müraciətə cavab aldım. 2011-ci ilin iyun ayının 3-də məsələnin həll olması barədə gösttəriş verdi və bu dəfə də K Məmmədova məni aldadaraq göstərişi yerinə yetirmədi.8 yaşlı övladımın haqqını yedi, ailəmin qarşısında məni hörmətdən saldı.

Amma mən müraciətlərimi davam etdirəcəm.

Mövzu ilə bağlı K.Məmmədova ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button