Kənd məktəbinin şagirdi 690 bal toplayıb-repetitorsuz

İndi abituriyentlərin əksəriyyəti ya hazırlıq kurslarına gedir, ya da repetitor yanında hazırlaşır. Artıq belə bir fikir formalaşıb ki, fərdi hazırlaşmaqla ali məktəbə daxil olmaq mümkün deyil.

“Xəzər TV”nin təqdim etdiyi süjetin qəhrəmanı bu fikri alt-üst edəcək bir nailiyyətə imza atıb. Söhbət Sabirabad rayonunun Nəsimi kəndinin sakini Yadulla Həsənlidən gedir. O, fərdi şəkildə hazırlaşmaqla, nə az – nə çox, düz 690 bal toplayıb. Ancaq Yadulla bununla da razılaşmır, ikinci imtahanda da iştirak edib 700 bal toplamağı qarşısına məqsəd qoyub.

Yadullanın uğuruna sevinən valideynləri və sinif yoldaşları onun əzmkar və çalışqan bir şagird olduğunu deyirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button