Kərəm Hətəmoğlu tarixdən yazır: “Utarlar kimdir?”

utarlar
Özlərini utar adlandıran bu türk etnosu hazırda Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Dağıstan Respublikası ilə sərhədlərində yerləşən Laqan şəhərində, Ulan-Xol və Manqut kəndlərində yaşayırlar. Utarların bir qismi isə Zənzəli və Yengi Əskər kəndlərində Həştərxan tatarları ilə birgə yaşayırlar. Müsəlmandırlar. Sayları 1979-cu il siyahıya alınmasına görə 383, 1989-cu il siyahıya alınmasına görə 422, 2010-cu il siyahıya alınmasına görə isə 1144 nəfər olmuşdur.
Tədqiqatçıların fikrincə utar etnonimi “od ərləri” mənasını verir. Bəzi tədqiqatçılar isə “ut” sözünü “od”, yox “ot” kimi izah edirlər.
Utarların xalq kimi formalaşmaları XVIII yüzilliyin sonlarında başa çatmışdır.Onların soyköklərində əsasən bulqarlar, türkmanlar və noqaylar iştirak etmişlər. Sonralar 25 ailədən ibarət Buxara tatarları da utarlarla qaynayıb-qarışmışlar.
XIX yüzilliyin II yarısında Xəzər dənizinin quzey sahillərindəki Alabuğa və Talaqay-Ternovo adlı yaşayış məskənləri ətrafında yaşayırdılar. Sovet rejimi illərində orta məktəblərdə tatar dili tədris edildiyindən qismən tatarların mədəni təsirinə düşmüşlər. Hətta 2002-ci il siyahıya alınmasında cəmi 5 nəfər milli kimliklərini utar hesab etmişdilər. Buna görə də Rusiya hakimiyyət orqanları onları Həştərxan tatarları kimi qeydiyyatdan keçirmişdilər. Bununla yanaşı utarlar öz dillərini, etnik və məişət özəlliklərini, adlarını və etnik özünü dərketmələrini qorumaları onların ayrı etnos olmalarına dəlalət edir.

Kərəm Hətəmoğlu

Tarix eləmləri namizədi

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button