“Kəskin devalvasiyaya neft yox, Beynəlxalq Banka və ARDNŞ-ə ayrılan kredit səbəb olub”

qulu-i-1

Ekspertdən sensasion iddia

“Azərbaycan manatının dollar qarşısında kəskin dəyərdən düşməsinin neftin dünya bazarındakı qiyməti ilə bağlılığı azdır”.

Azpolitika.info-nun məlumatına görə, bu iddia ilə Vergilər Nazirliyi və Gömrük Komitəsinin keçmiş əməkdaşı, maliyyəçi Qulu İbrahimli çıxış edib.

Ekspertin fikrincə, manatın kəskin devalvasiyası, əsasən Mərkəzi Bankın bir sıra qanunazid qərarları ilə əlaqədardır. Q.İbrahimli deyir:

“2015-ci ildə manatın 100% devalvasiyasında neftin qiymətinin aşağı düşməsinin rolunu lap əvvəldən sonuncu yerdə görmüşəm! Devalvasiyada əsas amili Mərkəzi Bankın (MB) Beynəlxalq Banka (ABB) 3,0 milyard verməsi və Dövlət Neft Şirkətinə 1,8 milyard manat (əvvəlki kursla proqnozlaşdırılan 2,3 mlrd dollar) kredit ayırması qərarı ilə əlaqələndirirəm. Neftin qiyməti sonuncu sırada gəlir, daha doğrusu maliyyə-bank sistemindəki intizamsızlığı çılpaqlığı ilə üzə çıxartdı. Hesablamalarım da göstərir ki, 100%-lik devalvasiyada MB-ın ABB və ARDNŞ-ə vəsait ayırması ilə bağlı müvafiq qərarlarının rolu 60%-dən çoxdur. Qalan hissəni neftin qiyməti ilə əlaqələndirmək olar”.

Ekspertin fikrincə, Mərkəzi Bankın ABB və ARDNŞ-ə vəsait verməsi “Mərkəzi Bank haqqında” Qanuna zidd olub və atılan həmin addımlar pul siyasəti məqsədlərinə xidmət etməyib, ölkənin iqtisadi inkişafında problemlər yaradıb və əhalinin sosial rifah halının pisləşməsinə səbəb olub.

“Çox təəssüflər olsun ki, devalvasiyanın səbəbləri ilə bağlı müzakirə və şərhlərdə sadalanan amilin rolu heç vaxt qabardılmayıb. Mərkəzi Bankın yeritdiyi pul siyasəti tədbirlərinin likvidlik üzərində təsirlərinin qiymətləndirilməsi, yalnız MB-ın balansının və balans maddələrində baş verən dəyişikliklərin təhlili əsasında mümkündür”.

V.Nəsibov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button