Kadırovdan misli görünməmiş yaltaqlıq— FOTO

Kadırovdan misli görülməmiş yaltaqlıq — FOTO

Çeçenistanın rəhbəri Ramzan Kadırov bu hərəkəti ilə yenidən gündəmə gəlib

Xural.com olke.az-a istinadən xəbər verir ki, Avropa Liqası oyunları çərçivəsində qarşı-qarşıya gələn Türkiyənin “Fənərbağça” klubu ilə Rusiyanın “Lokomotiv Moskva” klubu arasındakı futbol matçından sonra üzərində Rusiya prezidenti Putinin şəkli olan mayka geyindiyi üçün klubu tərəfindən 300 min avro cəza alan Dmitri Tarasovu Kadırov fəxri prezidenti olduğu “Terek” klubuna dəvət edib.

Ramzan Kadırov Dmitri Tarasovun “kişi kimi mövqeyini ortaya qoyduğunu” və ona verilən pul cəzasını ödəməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Dmitri Tarasovun bu hərəkətinə görə UEFA da öz növbəsində araşdırmalara başlayıb və buna görə klubun və futbolçunun cəza alacağı gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button