Kadırovun polisləri hicablı qızlara hücum etdi, Çeçenistan qarışdı-VİDEO
Çeçenistanda iki gün öncə, respublikanı qarışdıran olay baş verib. Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, Çeçenistanın bölgələrinin birində Kadırova bağlı polis qüvvələri iki gənc qızı dayandıraraq hicablarını çıxartmalarını istəyib. Gənc qızlar polisin bu tələbini rədd edəndəndən sonra, onlar döyülərək polis şöbəsinə aparılıb. Qızların ailələri övladlarının nə üçün nəzarətə alındığını öyrənmək üçün polisə gedəndə isə, onlar da polisin təzyiqinə məruz qalıb. Bu hadisəni eşidən bölgə camaatının qızların saxlanıldığı polis şöbəsinə gedərək onlara hücum etməsi nəticəsində münaqişə çıxdığı qeyd olunur. Polisin xalqı uzaqlaşdırmaq üçün havaya atəş etdiyi bildirilir.