Kaladze: “Gürcüstan əlavə 400-500 milyon kubmetr Azərbaycan qazına ümid edir”

Azərbaycan tərəfi ilə danışıqlar aparırıq və Azərbaycandan əlavə qaz almağın yollarını axtarırıq

 

Gürcüstan tərəfi əlavə qaz almaq üçün Azərbaycanla danışıqlar aparır.

Strateq.az report.az xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə Gürcüstanın energetika naziri Kaxa Kaladze məlumat verib.

“Qarşıdakı günlərdə hər şeyə tam aydınlıq gələcək. Hələlik heç bir şey haqqında danışmaq istəmirəm. Azərbaycan tərəfi ilə danışıqlar aparırıq və Azərbaycandan əlavə qaz almağın yollarını axtarırıq. Bu gün üçün Gürcüstana əlavə 400-500 milyon kubmetr qaz lazımdır”, – deyə K.Kaladze bildirib.

Onun sözlərinə görə, Gürcüstanda qışda qaza yüksək tələbat yaranır, yayda isə tələbat azalır.

“Qazprom”la danışıqlar barədə danışan nazir Gürcüstan və şirkət arasında müqavilə olduğundan ölkəsinin hər il danışıqlar apardığını vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button