“Kasıbların qəddarçasına qırğını: orqan alveri”- “The Washington Post”un yazısında Azərbaycanın adı çəkilir

İnsan orqanlarının qara bazarda satışının arxasında duran israilli vətəndaş Kiprdə həbs edilib

Dünyanın ən amansız və qaranlıq ticarət sahələrindən biri də insan orqanlarının alveri və nəqlidir.

Öz sağlamlıqlarını hər şeydən üstün tutan bir qism insanlar, xüsusilə də onların ən imkanlıları, orqan nəqlinə ehtiyac duyurlar. Onların bu istəkləri tez bir zamanda qaranlıq təşkilatlar, cinayət şəbəkələri və bu işin içində olan həkimlər tərəfindən yerinə yetirilir.

“The Washington Post” qəzetində məsələ ilə əlaqədar maraqlı faktların açıqlandığı yazı dərc edilib.

Kayl Suinsonun müəllifi olduğu həmin məqaləni musavat.com təqdim edir.

“2008-ci ilin noyabrında Yılmaz Altun adlı türk vətəndaşı Priştina (Kosovo) aeroportunda öz reysini gözləyərkən qəfildən huşunu itirərək yerə yıxılır. Özünü olduqca pis hiss edən gənc adamı yoxlayan Kosovo həkimləri onun qarnında yeni açılmış yara izlərini aşkar edirlər. Daha sonra Yılmaz Altunun sol böyrəyinin olmadığı aşkar edilir.

Altun polisə ölkədəki “Medikus” adlı klinikada böyrək donoru olduğunu boynuna alır. İstanbuldakı bu işdə ona vasitəçilik edən şəxs gənc türkə külli miqdarda pul vəd edibmiş.

Картинки по запросу медикус орган

Medikus klinikası

Hələ də bir çox ölkələr tərəfindən tanınmayan Balkan ölkəsində baş verən bu hadisə orqan ticarəti ilə bağlı beynəlxalq qara bazar haqqında aparılan geniş miqyaslı təhqiqatda yıxılan ilk domino daşlarından biridir.

İqtisadi vəziyyətlərindən dolayı ümidsiz vəziyyətdə qalan və əsasən Türkiyə və keçmiş SSRİ-dən çıxan donorlar öz orqanlarını qurban verməyə məcbur olurlar.
Bu orqanların əsas alıcıları isə İsrail vətəndaşlarıdır. Onlar bir böyrəyə görə 80 mindən 100 min avroya qədər puldan keçməyə belə razıdırlar.

Avropa Birliyi hüquq-mühafizə missiyasının Kosovodakı prokuroru Conatan Reytel bunu kasıbların və ehiyacı olanların istismarı adandırıb. “Bu yoxsul insanların qəddarlıqla biçilməsidir”,-deyə o söyləyib.

Conatan Reytel

Təhqiqata baxmayaraq, “Medikus “əməliyyatının əsas iştirakçıları keçən həftəyə qədər ədalət mühakiməsindən yayınmağa müvəffəq olubar.

Keçən həftənin cümə günü isə Priştina polisi İsrail vətəndaşı Moşe Harel adlı birisinin Kiprdə həbs edildiyini bildirib.

Moşe Harel

“Donorları tapan vasitəçi olaraq adlandırılan Harel özü 2010-cu ildən bəri İnterpol tərəfindən insan alveri və sağlamlığa qəsdən ağır zərər vurma cinayətlərindən axtarışa verilibmiş. Moşe Harel hazırda Rusiyada da axtarışa verilən canilərdən biri sayılır.

“The Guardian” qəzetinin məlumatına əsasən “Medikus”, məşhur Kosovo cərrahı Lütfi Dərvişi və onun oğlu Alban Dərvişi tərəfindən idarə olunub. Donorların bədəndən çıxarılması əməliyyatı isə “Quzğun doktor” ləqəbli Yusif Ersin Sönməz tərəfindən həyata keçirilib.

Картинки по запросу yılmaz altun organ

Lütfi Dərvişi

Картинки по запросу lutfi dervishi yusu sonmez

Yusuf Sönmez

“Medikus” Sönməz, Harel və başqlarının idarə etdiyi klinikalar şəbəkəsindən biridir. Biz bu cür klinikaları Azərbaycan və digər yerərdə təsbit etmişik. Onlardan birinin Cənubi Afrika Respublikasında da aşkar olunacağına ümid bəsləyirik”, – prokuror Conatan Reytel hələ 2013-cü ildə bildirmişdi.
Ata və oğul Dərvişilər də 2013-cü ildə məhkum edilib.

Kipr məhkəməsinin müəyyən etdiyinə görə, böyrəyi alınan insanlara olduqca cüzi miqdarda, yəni hər böyrəyə görə cəmi 10 min dollar pul verilibmiş.
“Bəziləri isə ümumiyyətlə vəd olunan pulu da almayıblar. Sənədlərdə ən azı iki nəfərin öz evlərinə cibi boş və bir böyrəklə qayıtdığı göstərilib”, məqalədə deyilir.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button