Keçmiş MTN-nin adamı İmişlini barıt çəlləyinə döndərib

İmişlidə keçmiş tədarükçülərin, hazırkı tikinti kralları, oliqarxların geri dönüşü imişlilərə problem yaradıb. Vaxtilə İmişlidən “011 Jiquli” ilə Bakıya gedən və tikinti krallarına çevrilən bu şəxslərin İmişliyə böyük maşın kolonları ilə – 200-300 min manatlıq xarici avtomobilləri ilə dönüşü İmişlilərdə qıcıq yaradır. Az müddətdə milyarderə çevrilən bu insanların maskaları yavaş-yavaş açılır.

Tikinti kralları ev tikintisi iflasa uğrayandan sonra rayonlara üz tutmağa başlayıblar. Vaxtilə çirkli pullar qazanmış oliqarxlar ac milləti qıcıqlandırmağa başlamış, əllərində torpaq sahələri olanlara  “halallıq” adı altında pullar verərək hətta təyinatları dəyişdirilməyən sahələrdə istədikləri obyektləri tikib yaradırlar. Kişilər guya yeni iş yerləri açırlar. Keçmiş MTN-nin İstintaq İdarəsinin rəisi Mövlan Şixəliyevin yaxın adamı, “tikinti kralları”-ndan olan Əvəz Şükürov adlı birisi İmişlidə vaxtilə bazar qalmaqalı yaratmış, davası 15 ildir ki, gedir. Bu on beş ildə qardaş-qardaşla, əmioğlu- əmioğlu ilə, yeznə qayınla ən azından “düşmənçilik” mövqeləri həddində küsülüdürlər. Məsələ keçmiş prezidentə çatmış və həllini tapmamışdır. Zərərçəkənlərdən biri də bu yazının müəllifidir.

Diqqətli Oxucu! Elə çıxmasın ki, mən qərəzli mövqedəyəm. Əsla elə deyil! Artıq yaşım 70-ə yaxınlaşır. İş qabiliyyətim tükənib. Gələcək nəslə yazığım gəlir. Mənim kimilər əvəzlərin əlləri altında zülüm çəkməsinlər deyə, diqqət edin! Yalavac bələdiyyəsi mənim İmişli şəhərinin sahəsindən 1000 kv. torpaq sahəmi başqa vətəndaşa satıb. Mənə cavab verin, ay ölkəmin rəsmiləri.

Respublikada hansı kəndin küçəsi kiminsə adınadır və kənd yolları küçə adlandırılıb? 8 ildir ki, mənim halal yerimi özümə göstərə bilmirlər. İcra, bələdiyyə, ədliyyə, prokurorluq və polis idarələri mənim ərizəmi ya zibil yeşiklərinə  atırlar, ya da məhkəməyə müraciət etməyimi tövsiyə edirlər. 70 yaşının 40 ilini yüksək vəzifələrdə, 10 ilini ekspert kimi yaşayan şəxsin əlinə “düdük” verməklə məşqul olan məmurlar  Əvəz Şükürova “halallıq” alandan sonra 6 hektar “örüş” yerini peşkəş ediblər. Bundan 0.10 sotunu Yalavac bələdiyyəsi mənə “qıymır”. Yalavac bələdiyyəsi 102-yə zəng edib məni təhqiqata verdirir.

99 illiyə icarəyə verilmiş bu torpaq sahəsi bir günün içində 16 yanvar 2016-cı ildə ləğv edilir. Əvəz Şükurova və ya onun adamının adına rəsmiləşdirilir. Sərəncam verilir ki, güya Allah qoymasa ət kəsimi sexi və ya heyvanların edam sexi tikdirəcəklər. Onun 50-100 metrliyində deyilənə görə Araz çayının sahilindən Əvəzə karxana da veriblər, bu haqda araşdırmamı davam etdirəcəyəm.

Əziz Oxucu! 16 ildir ki, hansı bələdiyyə öz qərarını özü ləğv edib? 10 ildir ki, Regional Ədliyyə mənim şikayətlərimi qeydə almır, Əvəzə verilmiş torpaq sahəsini bələdiyyə idarəsindən maşınla gedir sənədləri özü götürür. Ədliyyənin Regional idarəsinin rəisi Hakim Məmmədovdur. Digər örüş yerini isə 2006-ci ildə tikinti kralı Yasəf Hüseynov həyat yoldaşının adına özəlləşdirib. Ekoloqlar, texniki işçilər hansı əsasla 17 hektar örüş yerini və Arazın sahil hissələrini bu oliqarxın sənədlərini imza edərkən vicdanlarını görməməzliyə vurublar? 17 hektarın yarısında “Araz market” deyilən bazar inşa edilib. Bir soruşan olmayıb ki, İmişli bələdiyyəsinə hər ay nə qədər torpaq vergisi ödənilib? Söhbət  məbləğ 100 min manatlarla borcdan gedir. Əvəz Şükürov Çaxırlı kəndində oğlunun adına 10 il bundan qabaq bir yetimdən aldığı torpaq sahəsini karxanya çevirib, nə qədər dağ-mədən vergisi ödəyib? Düzgün bank sənədi göstərsələr, atamın  yanına üzüqara it sifətində gedəcəyəm. Bu, mənim vəsiyyətimdir. İmişlidə Heydər Əliyevin adına əbədiləşdirilmiş parkın inkar edilməsinə və adının Mədəniyyət və istirahət parkı, “Şəhidlər Xiyabanı”-nın da adı inkar edilərək onun flialı  adlandırılması Azərbaycan üçün qara ləkədir. Bunu da gələcək yazılarımda göstərəcəyəm. Şəhidlər Xiyabanında yerli ƏƏSMM idarəsi tikildi ki, Şəhidlərin adına sayğısızlıq idi. Allah götürmədi. 2012-ci ildən bəri həmin idarədə gedən alverə görə Korupsiya idarəsi 3 dəfə həbslər aparıb 7 idarə rəisi dəyişib. Hal-hazırkı idarə rəisi İmişli şəhərinin meri  70 yaşlı M.Atakişiyevin qardaşı oğlu Nofər Atakişiyevdir ki, mətbuat onu tənqid etməkdən yorulub. Şəhər meri M.Atakişiyevin 60 min manatlıq əmtəəsiz mal mübadiləsi barədə gələcəkdə açıqlama verəcəyik.

İmişli sakini Davud Zülfüqarov

Redaksiyadan: Yazıda adı çəkilən insanların da cavab haqqını yayınlamağa hazırıq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button