Kemerovoda yanğın zamanı ölənlərin xatirəsi Bakıda anılır – FOTO

Bakı sakinləri Rusiyanın Kemerovo vilayətindəki “Zimnyaya vişnya” (“Qış albalısı”) Ticarət-Əyləncə Mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı əlaməti olaraq Rusiyanın Azərbaycandakı səfirliyinə gül dəstələri və oyuncaqlar aparırlar.

“Report”un verdiyi xəbərə görə, diplomatik missiyanın binasının qarşısına gül dəstələri qoyulub. Yanğında 40-dan çox uşağın həlak olduğu üçün, bəzi insanlar oyuncaqlar gətirib.

Azərbaycan ictimaiyyətinin nümayəndələri, Azərbaycanda “Rossotrudnichestvo”nun nümayəndəliyinin rəhbəri Valentin Denisov və digərləri tərəfindən səfirlik qarşısına çiçəklər qoyulub.

Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində, kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub.

Son məlumata görə, yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button