“Killerxana”, ya da “KİV-in Dəfn Fondu”

Sərdar Əlib.

Sərdar ƏLİBƏYLİ

mətbuat şurası-4

Əslində şüurumun altında və düşüncələrimdə çoxdan var idi ki, özümün də mənsub olduğum jurnalistika sahəsindən də bir şeylər yazım. Yoxsa bu ölkənin at sürən, qalxan tutan, qılıncları dallı-qabaqlı kəsən kişilərinə nəfəs aldırmamağımızın fonunda, həmkar olacaq dostlarımızın elə oyunları, elə hoqqaları ortaya çıxır ki, adamın ayaqları altından yer qaçır. Əslində indi hamının canını yandıran və hamının barəsində yana-yana, təşviş və həyəcanla danışdığı böhran, jurnalistikanın qapılarını çoxdan döyüb və cəmiyyət, hələ bəzəkli yuxularda  şirin xəyal-plov yeyəndə, jurnalistika dərin böhran içərisində çabalayır, səsi gəldikcə bağıra-bağıra öz gününə ağlayırdı. Amma kim idi o göz yaşlarına inanan ki?..  

İlham-MŞmətbuat şurası-1…Bu vurdumduymazlığın sırasında məmləkətin bir sıra önəmli qələmləri və o qələmlərin zoruna çıxan qəzetlər, açıq-aşkar satılmaqdan başqa yol tapa bilmədilər. Əslində onlara başqa yol da qoymamışdılar və bu kirli oyunlarla da, Azərbaycanın mediasında, sonralar bütün  mətbuatı öz ağuşuna çəkib udacaq böhranın əsası qoyulmuş oldu. Beləcə, dərinləşməkdə davam edən böhranın fonunda qurulan Mətbuat Şurası, ardınca da KİV-Ə Dəstək Fondu, müvafiq qaydada, önəmli, ən başlıcası da özünə görə, öz çapında sözü-söhbəti olan qəzet və jurnalislərin ovlandığı “killerxana”ya və “KİV-in dəfn fondu”na dönüşdülər…

…Bu qaydasız döyüşdə  nəticə etibarilə, ölümünü gözə almış 3-5 “qladiator” yazarlar xaricində, bütün Azərbaycan mediası süni şəkildə yaradılan böhranın girdabında boğuldu, daha doğrusu, düşünülmüş şəkildə oynanılan kirli oyunların güdazına verildi…

…Hələ bu soxhasoxda, itin belə yiyəsini tanımadığı mühitdə, jurnalistikadan savayı bütün sənətlərdə namı qala biləcək adamların media strukturlarına, qəzet və jurnalların redaksiyalarına doluşmasından, əksər hallarda isə yerləşdirilməsindən danışmıram. Bir çox hallarda, vaxtında müvafiq təhsil ala bilməyən, hətta öz adını belə yazmaqda zorlanan bu qədər insanın jurnalistikada nə işi ola bilərdi ki? Lap elə təhsillilik diplomu varsa belə, yenə də təkrar etmək istəyirəm ki, hələ öz adını və soyadını  düzgün yaza bilməyənlərin bu qədər asanlıqla və heç nədən çəkinmədən mətbu fəaliyyətə meyllənmələrinin bir sirri, bir neçə müəmmalı yönləri və boyutları mütləq olmalıydı.  Və yalnız indi o yönlər və boyutlar daha aydın şəkildə görünməkdədi. İş-peşələri günlərlə qapı-qapı düşüb rəsmən dilənmək olan və ya mətbu fəaliyyətləri müxtəlif təbəqələrdən olan məmurları, iş adamlarını, ayrı-ayrı insanları davamlı şəkildə şantaj etməkdən o yana keçməyən “mətbuat adamları” kimə və nəyə arxayın olub, jurnalist adını və jurnalistikanı bir belə kirlətməyə cəsarət edirdilər sualının cavabı da indi hər kəsə bəllidi…

ƏFLATUN-İLHAM…Demək belə çıxır ki, bu tip “jurnalistlər”in kultivasiya yolu ilə artırılmasının tək məqsədi, sonradan yaradılacaq Mətbuat Şurası üçün “mübarizə cəbhəsi” açmağa hesablanıbmış. Məlum olduğu kimi, bu qurumun tək fəaliyyəti “reket jurnalistləri” “ovlamaq”dan və ildə bir neçə dəfə cəmiyyətə təqdim edilən “qara siyahı”lar tərtib eləməkdən ibarət oldu. Amma burda daha maraqlı bir məqam da o oldu ki, hər dəfə bu siyahılar tərtib edildiyində, gerçək “reket”lərin gözünə, əvvəldə barəsində danışdığımız, ipə-sapa yatmayan bir-iki “qladiator”un da adını qatıb, əsasən də, elə onların fəaliyyətlərini əngəlləyən proseslərə rəvac verilirdi…

vüqar Səfərli-1…KİVDF ortalığa çıxandan sonra isə, artıq konkret sərhədlər cızıldı və bu iki məşum qurumla hesablaşmayan qəzet və jurnalların, obrazlı şəkildə desək, anasını ağladıb, nəslini kəsdilər. İldə bir neçə dəfə, o zamanlar üçün çox sanballı sayılacaq miqdarlı pul-para ilə mükafatlananlar, elə həmim xətlə ev alanlar-filan da, bu kirli oyunların son mərhələsi oldu… İndi o da aydın olub ki, bütün bu kirli oyunların son hədəfi Əflatun adlı Amaşov soyadlı zatdan media mücahidi və ictimai-siasi xadim düzəldib onu millətə vəkil qılmaq imiş. Yəni “ayının min oyunu bur armudun başındaymış” misalı bir məsələdi bu. Amma armud da ki kal oldu ya, ayının belə boğazından keçməz. Ancaq nə yapıb nə edib, Əflatun adlı Amaşovu məclisə gedən dar boğazdan keçirə bildilər. İşdi, sağlıq olursa, gələn parlamentdə Vüqar adlı  Səfərli soyadlı millət vəkilimiz də olar, inşallah. Amma bir ölkədə ki, qeyri-rəsmi formada olsa da, rəsmən dövlətin mətbu siyasətini həyata keçiən iki önəmli qurumdan birinin başına, son otuz ildə, bircə dənə də olsun yaddaqalan yazısı cəhənnəm, cümləsi belə olmayan Əflatun adlı Amaşov, digərinin başına isə, ümumiyyətlə mətbuatla əlaqəsi olmayan Vüqar adlı Səfərli gətirilibsə, o zaman olanlara təəccüblənməkdən daha çox, aparılan siyasətin məntiqi sonluğu kimi baxmaq lazımdır.  Nə isə…

…Bir sözlə, mediamızın indi gəldiyi, daha doğrusu, gətirildiyi vəziyyət olduqca acınacaqlıdı və bu durumun vahimliyi də gözlər önündədi. Bir çox hallarda öz tərcümeyi-halını yaza bilməyən onlarla deyil, yüzlərlə şəxslər indi müxtəlif çaplarda və səviyyələrdə media patronu statusuna sahibləniblər, ya da sahibləndiriliblər. İndiki böhran vəziyyətindən ölkənin xilas olmasında aparıcı rollardan birini oynamalı olan medianın real vəziyyətu budur və bu halı ilə, çağdaşlıqdan çox-çox uzaq düşmüş cağdaş KİV-in öz gerçək missiyanı həyata keçirə biləcəyi olduqca şübhəli görsənir. Hətta peşəkarlıq və çağdaş proseslərə adekvat münasibət göstəmək bir yana, heç deyilsə gündəlik xəbərlərlə cəmiyyətin normal təminatı belə çox ciddi sual altındadı. Əslində isə, bugünkü vəziyyətində Azərbaycanın bütün növ KİV-ləri jurnalistikadan daha çox “zurnalistika” ilə məşquldu və bunu da son zamanlarda aparılan monitorinqlərin nəticələri və az-çox müstəqil olan analitiklərin rəyləri də təsdiq etməkdədir.  

Ölkənin televiziya kanalları artıq KİV olmaqdan daha çox əyləncə məkanına, toyxanaya,  şou-biznesin sürtük personajları ilə personalarının bazarına çevriliblər və təəssüf ki, indi dövlət televiziyası və dövlətin büdcəsi hesabına maliyyələşən İctimai kanal da bu mənada heç nəynən seçilmir, hətta bazarın bəzi parametrlərinə və qiymətlərin məzənnəsinə görə, müstəqil olduğu iddia olunan kanallardan öndə gedirlər. Əsasən xarici xəbərlərdən və gündəlik kriminal xronikadan ibarət olan xəbər proqramları isə artıq tamaşaçı maraqlarına nəinki cavab vermir, əksinə, insanlarda ikrah hissi yaratmaqla yanaşı, Azərbaycan tamaşaçılarını küll halında xarici kanallara baxmağa meylləndirir ki, bu da özlüyündə ayrıca bir yazının mıvzusudur.  

Yazılı medianın durumundan isə heç danışmağa dəyməz. Bir-iki informasiya agentliyinin və xarici medianın, eləcə də bayağı internet materiallarının hesabına səhifələrini dolduran qəzetlər, indi sadəcə qəzet kimi görsənmək xatirinə fəaliyyət gostərirlər. Ayrıca da, indi yazılı media bütünlüklə, daha çox kompromat janrında materiallar dərc etməklə, hakimiyyət daxili qrupların və müxtəlif səviyyəli məmurların intriqa meydanına çevrilib. Eyni durum müxalfət mediasına və özünü azad elan etmiş qəzetlərdə də mövcuddu və əks qütblərə aid olsalar da, mahiyyətcə bir-birindən heç nəynən fərqlənmirlər. Dünyanın çağdaş durumu və bu durumdan çıxış edərək, Azərbaycanın tale yüklü məsələlərinə çeşidli yönlərdən baxış sərgiləyən ciddi analitik yazılar və təhlillər isə ümumiyyətlə yoxdur.  Əsasən, bəzi qəzetlərin bazasında yaradılan və fəaliyyət göstərən internet saytları və xəbər portalları da sadəcə qəzetlərin dublikatı olmaqdan o yana gedə bilmirlər. 

Bu arada az-çox  sərbəst və daha zəgin və çoxçeçidli görünən sosial şəbəkələr nisbətən gündəmin nəbzini tutmağa imkan yaratsa da, burdakı vəziyyət də öz xaotikliyi və başıpozuqluğu ilə seçilir. Və bütün halları ilə burda da vəziyyətin sabitqədəmliyini və media olmaq baxımından vəzifələrinin öhdəsindən gəlindiyini söyləmək mümkün deyil.

Nəticə etibarilə, Azərbaycan mediasının vəziyyəti katastrofik dərəcəsə pis olmaqla yanaşı, həm də yararsız və yaramazdır. Hər şeyi, gündəlik maraqların və ya ən yaxşı halda böhran şəraitində birtəhərlə günü-günə satmaq amalının üzərində qurulan medianın duumu başqa cür də ola bilməz . Və biz indi ölkə olaraq,  media səhəsində də, bütövlükdə, istər dünyadan, istərsə də region ölkələrindən on illərlə geridə qalmışıq. Bunun fəsadlarını da artıq bütün müstəvilərdə hiss edirik və ətrafda baş verən hər şey ölkə olaraq da, dövlət  və xalq  olaraq da bizim əleyhimizə  işləyir. Enində-sonunda bu ölkə də çağdaş dünyanın bir parçasıdır və biz bir tərəfdən bu dünya ilə bəlli standartlarda bağdaşmaq,  bir tərəfdən də, öz içimizdə çağdaşlaşmaq zorundayıq. Bu mənada bizi dünyaya bağlayan və dünyanı da bizim ayaqlarımıza gətirəcək ən əsas vasitələrdən biri və birincisi , çağdaş mediaya sahib olmaqdı…

MTN işi kollaj-1Qara kəmərAgentura-1Gülərgeytcahangir hacıyev

…Əks təqdirdə durumumuz getdikcə ağırlaşmaqda davam edəcək və bu mənada biz, demək olar ki, qırmızı xəttin üstündəyik. Ölkəni iç durumunun normallaşa və daha ağrısız ötüşə bilməsi üçün də, ilk növbədə güclü və ciddi mediaya, müstəqil mətbuata sahib olmaq lazımdı. Mediamizin indiki halında olduğundandı ki, biz böhranlardan, devalvasiyadan, MTN-nin quldur yuvasına çevrilməsindən, maliyyə nazirinin üçqat agent olmasından, DİN-də Hacı Məmmədov kimi bir monstrın peydahlandığından, Gülər Əhmədovanın mandat alveri eləməsindən, ölkənin aparıcı banklarının dövlətin pullarını dədələrinin malı kimi dost-aşnalarına pay-püş etməsindən, kütləvi hal almış məmur özbaşınalıqlarından və qanunsuzluqlardan, generalların şəxsi həbsxanalarından, müəmmalı əsgər ölümlərinin səbəblərindən, həbsxanalarda yaşanan faciəvi hadisələrdən,  daha nələrdən, nələrdən, ancaq,  “qarı və qapı” misalı,  iş-işdən keçəndən və necə deyərlər, işlər çıxılmaza girəndən sonra xəbər tuturuq…

…Dünyanın ağlı başında olan adamları əbəs yerə medianı, şərti də olsa, dördüncü hakimiyyət adlandırmayıblar ki. Çünki media gerçəkdən də dördüncü hakimiyyət olduğunda, elə indi burda sadaladığım və sadalaya bilmədiyim vahim, vahim  olduğu qədər də, təhlükəli olan, dövlətin əsaslarını silkələyən, dağıdıcı olay və faklardan vaxtında xəbər tutmaq, heç deyilsə ziyanın yarısından qayıtmaq imkanlarımız olacaq. Amma bunu Azərbaycanda nə vaxt olacağını da indi proqnozlaşdırmaq olduqca çətundi. Zamanında görülməli işlər əvəzində, bu sahədə də pafosla barəsində danışılan inkişaf, əslində bir dəstə oliqarxın dövlətin xəzinəsindən talanan milyardların üzərinə pərdə çəkmək cəhdindən başqa bir şey deyildi. Dediyim kimi, “ziyanın harasından dönsən kardı” misalı, bir an mətbuat şurası-3öncə, ölkənin mətbuat sahəsində ciddi islahatlara başlamaq və bu işə ciddi yanaşmaq lazındır. Çünki mediamız dördüncü hakimiyyət qoltuğunda hakim kimi əyləşmədikcə, hakimiyyətin digər qolları istəsələr belə, durumu düzəltməkdə aciz olacaqlar. Çünki istənilən əzası ya yox olan, ya da doğru çalışmayan vücud əlil və ya şikəst olur. Azərbaycanın özü də, hakimiyyəti də, dövləti də, azad, müstəqil və gerçəkçi mediaya sahib olmadıqca, yəni mediası indiki halında qaldıqca, əlil və ya şikəst olan bir vücuddan fərqlənə bilməyəcək. Bu haqda hamının düşünməsi və bir an öncə hərəkətə keçilməsi lazım. 

 

P.S.

Əli İnsanov-3Rauf Ar.NemətMedia ilə bağlı danışan zaman daha bir məsələyə də mütləq toxunmaq, münasibət bildirmək gərəkir. Söhbət ondan gedir ki, bəzi əllaməliklər media qurumları, tanınmış qəzet və saytlar üçün ya tabu olmalıdır, ya da ictimai müzakirəyə verilən bir sıra məsələlər, ən azı  müəyyən həssas dönəmlərdə ümumiyyətlə ortalığa çıxarılmamalıdır. Bu mənada siyasi məbbuslarla bağlı mövzular xüsusi diqqət tələb edir. Amma baş verənlər, bunun tam əksinə cərəyan eliyir. Belə ki, ölkənin bir sıra aparıcı sayılan  qəzetləri və saytları bəzi siyasi məhbuslarla bağlı ya bilərəkdən, ya da bilməyərəkdən öz qərəzli mövqelərini, heç bir ciddi əsası olmayan yazılar dərc etməklə, açıq şəkildə nümayiş elətdirirlər. Bu mənada da ən çox “bəxti gətirən” sabiq səhiyyə naziri, hazırda da siyasi məhbus  kimi olduqca ləyaqətli bir ömür yaşayan Əli İnsanovdur. Marağında olan hər kəs “Yeni Müsavat”tın son 5-6 illik  nömrələrini monitorinq eləməklə, görə bilər ki, hər dəfə siyasi məhbuslara da şamil olunaması gözlənilən əfv  ərəfəsində, Əli İsanovla bağlı olduqca qərəzli və nə əsli, nə də astarı olan xəbər və məlumatlar, həqiqət kimi cəmiyyətə sırınır. Bu yolla ortalığa atılan məsələlər o qədər əsassızdır və o qədər qeiri-ciddi xarakter daşıyır ki, onların barəsində danışmağa belə lüzum yoxdur. Bu baxımdan  “bəxti şeş atan” ikinci siyasi məhbus isə, Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş, rejim tərəfindən şərlənərək 6 il müddətinə azadlıqdan məhrum edilən Nemət Pənahlıdır. Onun barəsində də hər ilin müxtəlif zamanlarına təsadüf edən əfvlər ərəfəsində, çeşidli saytlarda və qəzetlərdə böntan xarakterli yazılar dəc olunur. Bu günlərdə cəmiyyətin əfv gözlədiyi heç kimə sirr deyil və bu dəfə də, “Yeni Müsavat” başda olmaqla, bir sıra mətbu orqanlar öz amplualarında çıxış elədilər. Yenə də əvvəl Əli İnsanovun, ardınca da Nemət Pənahlının barəsində cəfəngiyyatlar mətbu efirlərə və ekranlara daşınaraq cəmiyyətə ötürüldü. Bu günlərdə sözügedən qəzetin Nemət barəsində “ŞOK FAKT” qrifi ikə dərc elədiyi yazını oxuyanda, açığı qəzetin də, orda çalışan qəzetçilərin də yerinə Rauf- ilhamutandım. Amma görünəni odur ki, illərdir davam edən bu əllaməliklədən bunların özləru nə utanırlar, nə də ki, Məşədi İbad misalı, adətkərdə olduqları bu, saqqala həna yaxmaqdan əl çəkmək fikirləri var. Amma nə vaxta qədər açıqları və ayıbları günə-görünə utanmadan oynamaq olar, bax orasını heç qanammıram. Və açığı, bunu Rauf Arifoğlunun da, Azərbaycanin çağdaş mətbu tarixində özünəməxsus rolu olmuş “Yeni Müsavatın” fədakar kollektivinin  də  adına yaraşdırıb, baş verənlərə bir ad qoya bilmədim. Amma bir qəzetdə illərdən bəridir ki, beləcə sərasər və açıq şəkildə davam edən qərəzin, şər və böhtan kampaniyasının özünün barəsindəki bu balaca  “p.s.”-in özü də  “ŞOK” QRİFİ ilə dərc olunmağa layiqdi məncə.  

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button