Kim Çen təlimat verdi: “Nüvə silahı hər an istifadəyə hazır olsun!”

kim

Şimali Koreya lideri Kim Çen İn bildirib ki, ölkəsinin nüvə silahı hər an istifadəyə hazır olmalıdır.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, ölkənin Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, preventiv zərbələrə hazır olmaq üçün rəhbərlik hərbi doktrinaya yenidən baxacaq.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası nüvə və ballistik raket proqramlarına görə dünən Şimali Koreyaya sanksiyalar tətbiq edib.

BMT-nin 50-dən çox üzvü tərəfindən dəstəklənən qətnamədə bir sıra tədbirlər nəzərdə tutulub. Bunlardan biri Şimali Koreyaya gedən və oradan qayıdan bütün yüklərin yoxlanmasıdır. Sanksiyalar bütün silahlara “embarqo”nu, Şimalia Koreyaya daş-kömür, qızıl, dəmir və titan kimi, mineralların satışına məhdudiyyətləri də nəzərdə tutur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button