Kimdir günahkar/Ana-KAMPANİYA

2-ci açıqca

 

“Qadınlara Qarşı Zorakılığa Son!” Kampaniyası bütün dünyada 25 noyabr (Qadınlara qarşı zorakılıqla mübarizə üzrə beynəlxalq gün) və 10 dekabr (Beynəlxalq insan hüquqları günü) tarixləri arasındakı 16 gün müddətində qeyd olunur və bu kampaniyanın Azərbaycanda da qeyd olunmasını Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) həyata keçirir. Builki “Kimdir günahkar” kampaniyası (#kimdirgunahkar) zorakılığa məruz qalmış qadınların bu zorakılıqdakı günahkarlarını sorğulamaq məqsədini daşıyır…

 

#kimdirgunahkar

– Kimdir günahkar?
– Ana …

Bir ana olaraq məni nə dinlədin, nə də anladın. “Sus, danışma!”, “Bu qız sənəti deyil”, “Kimə versək ona da gedəcəksən!”, “Bircə ‘söz-söhbət’ olmasın” – deyərək həyatımı alt-üst etdiyindən xəbərdar deyildin.

Amma “yox” deyə bilməyi mənə öyrətmədin. Dəyərli olduğumu hiss etdirmədin. Təzyiq və zorakılıqla üzləşəndə səninlə paylaşa bilmədim.

Ətrafdakıların düşündüklərini mənim xoşbəxtliyimdən daha önəmli bildin. Puç olmuş həyatımın səssiz şahidi oldun…

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən nəşr olunan “Kimdir Günahkar?” açıqcası RİQC-in 15 illiyinə həsr olunmuş “Qadınlara qarşı Zorkılığa SON!” adlı kampaniyanın tərkib hissəsidir. İstifadə olunan fotolar RİQC-in sifarişi ilə #kimdirgunahkar silsiləsi üçün rəssam Nərmin Vəliyevanın çəkdiyi bodi-art (bədən üzərində incəsənət) əsərlərini əks etdirir.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button