Kimdir günahkar/Həyat yoldaşı-KAMPANİYA

4-cü açıqca

 

“Qadınlara Qarşı Zorakılığa Son!” Kampaniyası bütün dünyada 25 noyabr (Qadınlara qarşı zorakılıqla mübarizə üzrə beynəlxalq gün) və 10 dekabr (Beynəlxalq insan hüquqları günü) tarixləri arasındakı 16 gün müddətində qeyd olunur və bu kampaniyanın Azərbaycanda da qeyd olunmasını Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) həyata keçirir. Builki “Kimdir günahkar” kampaniyası (#kimdirgunahkar) zorakılığa məruz qalmış qadınların bu zorakılıqdakı günahkarlarını sorğulamaq məqsədini daşıyır…

 

#kimdirgunahkar

 

– Kimdir günahkar?
– Həyat yoldaşı…

Təhsilimə, işimə, geyimimə, davranışıma qarışmaq haqqını özündə gördün, məni şəxsi malın sandın.

Gücün çatmayan hər şeyin heyfini məndən aldın – təhqir etdin, mənə verə bilmədiklərinin günahını da məndə gördün…

Sırf “oğul atası” olmaq hikkəsinə görə qızımızın doğulmasına mane oldun.

Sən işdən sonra yorğun, qayğıya və anlayışa möhtac, mənimsə hər zaman ailə üzvlərinin qulluğunda hazır olmağımı istədin. Mənə kömək etməyi özünə ar bildin.

“Ər”lik budurmu?

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən nəşr olunan “Kimdir Günahkar?” açıqcası RİQC-in 15-illiyinə həsr olunmuş “Qadınlara qarşı Zorkılığa SON!” adlı kampaniyanın tərkib hissəsidir. İstifadə olunan fotolar RİQC-in sifarişi ilə#kimdirgunahkar silsiləsi üçün rəssam Nərmin Vəliyevanın çəkdiyi bodi-art (bədən üzərində incəsənət) əsərlərini əks etdirir.
©RİQC, 2017

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button