Kimin qalmış qızıl tacı

Əli Nasır

Ömür yaydan çıxan oxdur, əcəldir sonda amaci,

Ölüm səddin aşan yoxdur, lap olsun ərşə meraci.

 

Qəzadəndir olan hər şey, yazılmış lövhün üstündə,

Yazan pozsa pozar, lakin bunun Onsuz yox illaci.

 

Hər anda külli-ayət var, işarət eylər üqbadən,

Bəsirdən bibəsir çoxdur, baxar dünyayə qıyqaci.

 

Dağılmış cənnəti-Cəmşid, toz olmuş Keylərin təxti,

Nəzər sal bir Süleymanə, kimin qalmış qızıl taci?

 

Məlaikdən gözəl canlar, dəmində payimal oldu,

Qocaldıqca həmən şuxdur, əcəb dünyadır, ey Haci.

 

Ürək hissə yaranmış qul, əsiri-nəfsi-ifnayıq,

Gələn acdır, gedən toxdur, çəkib şeytan alar baci.

 

Nə yaxşı gördü xar etdi, yamanla müttəfiq oldu,

Nahaqdan soydu Nasir tək nə qədri haqlı Həllaci.

MƏHDİCAN

 

Ey Muhəmməd  (ə.s.) nurunun aləmdə vari, gəl daha,

Ey Əliyyəl Mürtəzanın (ə.s.) yadigari, gəl daha.

 

Yazdı Xaliq lövhün üstə eşq ilə əhya sənə,

Göz dikibdir gör nə qədri sahibi-təqva sənə,

Müntəzirik müntəzir ey Yusifi-Zəhra sənə,

Ey Hidayət, lütf elə, qır intizari, gəl daha.

 

Bir əlündə həqq kitabun, bir əlündə zülfiqar,

Əhli-nari, əhli-tari nurun ilə eylə xar,

Gəl ki olsun gəlməyinlə cümlə xəmlər tarimar,

Dəhridə sənsən yəğin həqqün əyari, gəl daha.

 

Sənsən ey İbni Həsən ali nejad əl müslimin,

Sən gəlincə baş verər çünki nəşatül-müslimin,

Tez gəl ey Babəl-Həvaic, ey nicatül-müslimin,

Əhli-həqqün hər iki aləmdə yari, gəl daha.

 

Əhli-inkar etmədə aləmdə öz inkarıni,

Səndədir hökmül-qiyam qıl İblisin bərdarıni,

Ləşgəri-həqq gözləyir müddətdir öz Sərdarini,

Xətmi-həsrət istərik, ver son qərari, gəl daha.

 

Gəl ki görsün cümlə gözlər zöhri-ayət, Məhdican,

Firqətin üzgünüyü bitsin nəhayət, Məhdican,

Qıl  inayət, ver şəfa, ey babi-rəhmət, Məhdican,

Haqq ara mizane-eşqin payidari, gəl daha.

 

Ey Muhəmməd  (s.ə.) nurunun aləmdə vari, gəl daha,

Ey Əliyyəl Mürtəzanın yadigari, gəl daha.

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button