Kinorejissor Nicat Feyzullayev vəfat etdi

Kinorejissor Nicat Feyzullayev04.05.2015

 Bu barədə məlumatı “Azərbaycanfilm” kinostudiyası yayıb.

Dəfn mərasimi bu gün saat 16.00-da “Rəssamlar evi” kimi tanınan binada keçiriləcək. Nicat Feyzullayev 1945 -ci il noyabrın 1-də Bakıda anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1970-ci illərdən “Azərbaycanfilm” kinostudiyasında işləyib.

O, “Küçələrə su səpmişəm”, “Qızıl balıq”, “Arvadım mənim, uşaqlarım mənim” bədii filmlərinə və bir çox sənədli filmlərə, “Mozalan” süjetlərinə quruluş verib.

Xatırladaq ki, Nicat Feyzullayev görkəmli rəssamlar Vəsihə Səmədova və Lətif Feyzullayevin övladıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button