KİVDF qələm yox, stəkan-nəlbəki hədiyyə etdi

Getdikcə müstəqilliyini itirən mediaya biri saxta və ucuz qol saatı, biri 200 manat, digəri də stəkan-nəlbəki hədiyyə edir – qələm həqiqətən unudulub!

Hafta.az xəbər verdiyi kimi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə “Gülüstan” sarayında tədbir keçirilib.

Media nümayəndələri və rəsmi qonaqlar Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyini qeyd ediblər.

Hafta.az-ın müxbiri bildirir ki, KİVDF-nin qonaqlar üçün xüsusi hədiyyəsi nəzərdə tutulub. Həmin hədiyyənin fotosunu təqdim edirik:

xural.com-un apardığı müşahidə ortaya maraqlı məqamlar çıxarıb. Məlum olub ki, Milli Mətbuatın 140 illiyi münasibətilə müxtəlif rayonlar müxtəlif hədiyyələr veriblər. Səbail rayon icra hakimiyyəti jurnalistlərə 15 manatlıq saxta qol saatları hədiyyə edib. Nərimanov rayon icra hakimiyyətində isə ikipilləli görüş olub. KİVDF-nin jurnalistlərinə bahalı hədiyyələr verən icra hakimiyyəti, “indi də reketlər gələcək” deyib və onların hərəsinə 200 manat pul paylayıb. KİVDF-nin də zehniyyəti heç nə ilə fərqlənməyib. Mətbuatın inkişafına xidmət etməli bu qurumun yazı-pozu əhlinə verdiyi hədiyyəyə baxın – stəkan-nəlbəki. Necə deyərlər, şərhsiz…

 xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button