KM-in qərarına Əli Kərimlidən sərt təpki: “Artıq bir yol qaldı – Xalq Hərəkatı!”

Konstitusiya Məhkəməsi konstitusiyaya dəyişikliklər haqqında referendum aktı layihəsinə müsbət rəy verib. AXCP sədri KM-in bu addımına münasibət bildirib. Ə.Kərimli feysbuk səhifəsində yazıb.

– Konstitusiya Məhkəməsi də bizi təəccübləndirmədi. Konstitusiyanın mətninə və ruhuna zidd konstitusiya dəyişikliyinə müsbət rəy verdi. Konstitusiya Məhkəməsinə müraciət etmişdim ki, maraqlı tərəf kimi bizim də müzakirələrdə iştirakımıza şərait yaradılsın. Qanunvericilik bizə bu hüququ verir. Konstitusiya Məhkəməsi də hüququmuzu pozdu, biz müzakirələrdə iştirak edə bilmədik. Növbəti dəfə sübut olundu ki, bu ölkədə heç bir müstəqil məhkəmə hakimiyyəti yoxdur. Konstitusiya Məhkəməsi də siyasi sifariş yerinə yetirdi, anti-konstitusiya dəyişikliklərinə yaşıl işıq yandırdı. Konstitusiyanı müdafiə etmək üçün hüquqi yollar tükəndi. Artıq bu ölkədə hüququ, respublika prinsiplərini bərpa etməyin tək bir yolu qaldı: hüquqlarımız uğrunda yeni və kütləvi Xalq Hərəkatı! AXCP və Milli Şura olaraq kütləvi, dinc mitinqlərin təşkilinin müzakirəsinə başlayırıq!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button