Koalisiyanın parçalanmasına yönəlik hərəkətlərin qarşısı alınacaq

Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurası bəyanat yayıb. Bəyanatda bildirilir:

30 aprel 2016-cı ildə 18-ci Ümumi Yığıncağını keçirən “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) QHT Koalisiyası üzvlərin geniş iştirakçılığıvə məhsuldar müzakirələri, demokratik və şəffaf seçkilər vasitəsi ilə qurumun seçkili orqanlarının formalaşdırılmaqla vətəndaş cəmiyyətinin hazırkı durumunda mühüm və ciddi nailiyyətlərdən birinə imza atdı. Yığıncaqda 150-dən artıq üzvü olan Koalisiyanın 141 üzvü iştirak etdi. Şura üzvlüyünə namizədliyi qeydə alınan 30 nəfərdən 11-i, azad, bərabər və demokratik seçkilər yolu ilə Şura üzvü seçildi. Bu marafona qoşulan namizədlərin 9 nəfəri keçmiş Şura üzvü olsa da onlardanyalnız 2 nəfəri yeni seçkilərdə ugur qazanıb. Lakin, Ümumi Yığıncaqda seçkili orqanlarına seçilməyən və Koalisiya Şurası üzərində nəzarətinı əvvəlki səviyyədə saxlayan bilməyən bəzi Koalisiya üzvləri tərəfindən sonradan əsassız iddialar və ittihamlarla süni gərginlik yarandı. Koalisiya üzvləri arasında yaranan lüzumsuz qarşılıqlı ittihamlar onun siyasiləşməsi və hökümətdən asılılığı ilə bağlı müzakirələrə şərait yaratdı. Bu müzakirələri tənzimləmək məqsədilə Koalisiya Şurası müzakirələrin Koalisiya şəbəkəsi daxilində, Əsasnaməyə uyğun şəkildə, etik çərçivədə və dialoq müstəvisində aparılmasını xəttini seçərək Koalisiyanın bütövlüynün qorunması istiqamətində səylər göstərdi, müvafiq addımlar atdı. Ötən dövr ərzində dəfələrələ Koalisiya üzvlərinə müraciətlər olundu, narazı üzvlərlə görüş keçirdi, Şura koordinatorunun seçkisinin 2 ay təxirə salındı, şikayətlərn araşdırılmaq üçün Monitorinq Qrupuna müraciət olundu. Bütün bunlara baxmayaraq, Koalisiya Şurasının ötən müddətdə Koalisiyanın bütövlüyünü qorumaq məqsədilə göstərdiyi səyləri artırmaq üçün Koalisiya Şurası 13 iyul 2016-cı il tarixli iclasına yarnmış vəziyyəti geniş müzakirə edərək, aşağıdakı bəyanatla çıxış etməyi zəruri hesab edir.

Koalisiya Şurası təəssüflə qeyd edir ki, hazırda nəinki ölkəmizin, hətta regionun aparıcı QHT Alyanslarından olan MSŞA Koalisiyasının bötövlüyünə qarşı qurumun daxilindən və kənardan ciddi təhdidlər var. Bəzi Koalisiya üzvləri əsalandırılmadan irəli sürülən növbədənkənar Ümumi Yığıncaqda iştiraka sövq edilir, bu məqsədlə onlara bəzən təzyiq olunur, bəzən isə stimullaşdırıcı təkliflər verilir. Koalisiya Şurası bildirir ki, lüzumsuz müzakirələr və kənar müdaxilələr ötən il Azərbaycanın MSŞT-də statusu aşağı salınması zamanı təsdiq olunmuş İslahedici Tədbirlər Planının yerinə yetirilməsi sahəsində götürülmüş öhdəliklərə ziddir. Eyni zamanda bütün bunlar İslahedici Tədbirlər Planının yerinə yetirilməsindən diqqəti yayındırır, Koalisiyanı əlavə problemlərlə yükləyir və onu əsas hədəfədən uzaqlaşdırır.

Koalisiya Şurası bəyan edir ki, bəzi Koalisiya üzvlərinin onun parçalanmasına yönələn fəaliyyətləri Azərbaycanın MHST-də statusunun bərpa olunmasında ciddi problemlər yarada bilər.

Odur ki, Koalisiya Şurası üzvləri təmkinli və diqqətli olmağa, Koalisiyanın bütövlüyünün qorumaq üçün həmrəy olmağa çağırır. Koalisiya Şurası eyni zamanda bəyan edir ki, Ümumi Yığıncağın ona verdiyi səlahiyyətə uyğun şəkildə qanunvericiliyə və Koalisiya Əsasnaməsinə əsasən Koalisiyanın parçalanmasına yönəlik hərəkətlərin qarşısı alınacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button