Kobra Pərviz Abdullayev Çində döyüşəcək – FOTOLAR

Kobra Pərviz Abdullayev1Kobra Pərviz iyulun 14-də Çin Xalq Respublikasına yola düşür.

Belə ki, iyulun 18-də Çinin Nanjinq şəhərində  kikboksinq üzrə reytinq xarakterli  peşəkar “Kunlun Fight Series” turniri keçiriləcək.

xural.com-un məlumatına görəTurnirdə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, “Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Kobra ləqəbli Pərviz Abdullayev ölkəmizi təmsil edəcək.

İdmançımızın 75 kiloqram çəki dərəcəsində rəqibi yerli idmançı Aorigele ilə qarşılaşacaq. Kikboks üzrə beş qat dünya çempiyonu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev keçirdiyi  41 doyüşündən  38-də qalib gəlib,  bunlardan 13-ü nokautla.

Bu haqda danışan Pərviz Abdullayev müsahibəsində bildirib ki, bu döyüşə artıq bir neçə aylardı məşqçisi Mehman Umudov və FHN-nin reisi polkovnik Fizuli Musayevin rəhbərliyi altında hazırlaşır. Həmçinin idmançı mütamadi olaraq “12 May Cobra” kikboks idman cəmiyyətinin təşkilatşılığı ilə keçirilən məşqlərdə də iştirak edib.

Qeyd edək ki, may ayında keçirilmiş yarışda Kobra Pərviz rəqibinə 2 dəqiqəyə nokautla qalib gəlmişdi.

xural.com

Kobra Pərviz Abdullayev2

Kobra Pərviz Abdullayev1 Kobra Pərviz Abdullayev

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button