Köhnə iqtidarın “yeni müxalifət” arzusu – dəyişibmi?

Nəsimi Məmmədli

1-ci yazı

Bu mövzu hal-hazırda mövcud gündəmin aktual məsələləri sırasında olmasa da, mütəmadi olaraq gündəmə gəlir və müzakirələrə açıqdır. Əsasən də bu müzakirələrə maraq göstərən şəxslər siyasi iddialı, təşkilatlanmaya meylli və dəyişikliklərə can atan fəal insanlar olduqları üçün daha peşəkar yanaşma sərgiləyə bilirlər.

Siyasi maraqlarının aydın çərçivəsi olan yetkin insanlar üçün siyasi müzakirələrdə “xoşlamıram”, “bəyənmirəm”, “dəstəkləmirəm”, “nifrət edirəm” kimi özəl baxışlardan doğan ifadələr və ya onların tam əksi çox az əhəmiyyətlidir. İctimai-siyasi münasibətlərin əsasını geniş mənada maraqlar təşkil etdiyindən, məsələyə emosional yanaşmanın qüsurlu nəticə doğuracağını belə şəxslərə izah etməyə də lüzum yoxdur.

Heç kəsə sirr deyil ki, ölkənin siyasi həyatında nəzərə çarpacaq durğunluq hökm sürür. Demək olar ki, bütün kütləvi demokratik institutların ən kəskin fəaliyyət böhranı yaşanır. Belə bir şəraitdən necə çıxmaq yolları ətrafında diqqət çəkən təşəbbüslərə rast gəlməsək də, müzakirələri vacib hesab edirik.

Siyasi durğunluğun təməl səbəbləri

Oxucu auditoriyamız əsasən savadlı, sosial-siyasi proseslərdən xəbərdar olan, bilgili və fəal vətəndaşlar olduğu üçün mövcud siyasi durğunluğun, böhranın səbəbləri haqqında da geniş izahata zərurət olmadığını düşünürük.

Qısaca olaraq deyə bilərik ki, dövlətin bütün resursları hökumət tərəfindən səfərbər edilərək real alternativ görüntünün yox edilməsinə yönəldilib. Hüquq-mühafizə orqanlarının gücü ilə vətəndaş cəmiyyəti total təzyiq altına salınıb, müxalif siyasi partiyaların ən elementar fəaliyyət imkanları repressiv metodlarla məhdudlaşdırılıb, ən cüzi demokratik ortam belə mövcud deyil.

Sərbəst toplaşmağa, birləşməyə, fikir pülüralizminə, ifadə azadlığına və digər təməl siyasi hüquqlara qənim kəsilən avtoritar rejimlərin mənimsədiyi idarəetmə metodlarının tətbiqi istiqamətində cəhdlər açıq-aydın müşahidə edilir. Hökumətin vətəndaş cəmiyyəti və müxalifət üçün müəyyən etdiyi məhdud çərçivədən kənara çıxmaq maddi sıxıntı, cərimələr, inzibati həbslər və hətta çox ağır repressiyaya məruz qalmaqla sonuclana bilir.

Öz siyasi mübarizəsini haqlı olaraq hüquq və qanunlar çərçivəsində dinc mübarizə metodları ilə təsəvvür edən müxalifətin mövcud şəraitdə bundan artıq nə isə etməsi mümkünsüzdür. Geniş vətəndaş fəallığı baş vermədikcə, bu imkanlar məhdud olaraq qalacaq. Belə bir ortamın yaratdığı siyasi durğunluğu ənənəvi yanaşmalarla aşmaq xeyli mümkünsüz göründüyü üçün haqlı olaraq yeni yanaşmalar tətbiq edə bilən yeni qüvvələrin yaranmasına gözləntilər artmaqdadır.

“Yeni qüvvə” anlayışı ilə ilk tanışlığım

Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, ölkə siyasətində “yeni qüvvə” anlayışı ilə ilk tanışlığım təqribən 18 il öncəyə, 1998-ci ilə təsadüf edir. O zaman siyasi fəaliyyətlə yanaşı, həm də müxalif yönümlü Gənc Demokratlar Hərəkatı adlı kütləvi gənclər təşkilatına rəhbərlik etdiyim üçün tez-tez gündəmin mövzuları ilə bağlı medianın suallarını cavablandırırdım.

Həmin dövrü xatırlayan hər kəs təsdiq edər ki, o zaman eks-prezident AXCP sədri mərhum Əbülfəz Elçibəy Prezident seçkisi öncəsi fəal siyasi mübarizəyə rəhbərlik edirdi və ümumiyyətlə, müxalifətin yüksəliş dövrü başlamışdı. Xüsusilə də siyasi proseslərdə gənclərin çəkisi sürətlə artırdı. Hər iki siyasi düşərgə gənclərə yönəlik fəal siyasət aparırdı.

1997-ci ildə təsis olunan “Gənclər günü”nün ildönümündə eks-prezident mərhum Heydər Əliyevin öz çıxışında səsləndirdiyi “ölkə gənclərinin siyasətdə yeni qüvvə kimi ortaya çıxmasına ehtiyac olduğu” tezisi gənclər arasında geniş müzakirəyə səbəb olmuşdu. Bu fikirin ətrafında açılan müzakirələrdə mən də GT-nın rəhbəri kimi iştirak etmişdim və o zaman nəşr edilən “Axşam” qəzetində bu mövzuya münasibətim ifadə olunan geniş müsahibəm də nəşr olunub.

Həmin ərəfədə, hətta müxalif partiyaların daxilində də “yeni qüvvə” anlayışı ətrafında süni müzakirələr aparılır, yeni-yeni partiyaların yaranması, özünü üçüncü qüvvə kimi topluma təqdim etmək cəhdləri kifayət qədər populyarlaşırdı.

Bir müddət siyasi gündəmdə dolaşan “yeni qüvvə” tezisi hakimiyyətdaxili müəyyən siyasi addımlardan, xüsusilə də 1999-cu ildə İlham Əliyevin YAP sədrin 1-ci müavini seçilməsindən sonra gündəmdən müvəqqəti olaraq çıxarıldı. Konkret olaraq bu tezis o zaman birmənalı olaraq iqtidarın yeni görüntüdə davam etməsinə xidmət etdi.

“Yeni qüvvə” tezisinin ikinci dəfə aktuallaşması 2005-ci ildə müxalifətin ətrafında nəhəng güc mərkəzinin yaranması və real alternativə çevrilməsi prosesinin yüksəldiyi dövrə təsadüf edir. İqtidar hərbi-polis və iqtisadi gücə tam sahib olsa da, ictimai fikirdə siyasi oponentlərinə ciddi şəkildə uduzurdu.

Narıncı inqilabların dalğasında meydanlarda kütləvi etirazlardan doğan müxalif gücün hakimiyyət üçün törətdiyi siyasi təhlükəni önləmək məqsədilə polis zorakılığı ilə yanaşı, “yeni qüvvə” təbliğat tezisləri də gündəmə qaytarıldı. Toplumda belə rəy yaradılırdı ki, MDB məkanında baş verən hakimiyyət dəyişikliklərini o ölkələrdə mövcud olan “yeni qüvvə”lər reallaşdırdı və ənənəvi siyasi qüvvələrlə bu işin perspektivi yoxdur.

Repressiv metodlardan istifadə edərək müxalifətin zəiflədilməsi ilə paralel, “yeni qüvvə” tezisləri ərtafında total təbliğat kampaniyası da aparıldı. Hətta bu müzakirələrə müxalifətin daxilindən də dəstək almaqla medianın gücü ilə ictimai fikri xeyli dərəcədə istiqamətləndirmək mümkün oldu.

“Yeni qüvvə” tezisi təkrar gündəmə qayıdır… 

Üçüncü dəfə “yeni qüvvə” tezisinin təkrar gündəmə gəlməsi aktuallaşmaqdadır. Ölkədə dərin maliyyə-iqtisadi böhranı hökm sürür, sosial-siyasi gərginlik pik həddədir, geosiyasi maraqların regiona fokslanması prosesi başlayıb. Bu gərginliklər fonunda 2018-ci ilin növbəti Prezident seçkisinin çox təlatümlü keçməsi ehtimalı artır.

İqtidar yetkililəri anlayır ki, belə sosial-siyasi gərginlikdə 23 il iş başında olan eyni komanda ilə Prezident seçkisinə getmək çox böyük siyasi risk yaradacaq. Mövcud komanda toplumun etimadını kifayət qədər itirib. Ən yumşaq formada ifadə etsək, tamamilə korrupsiyaya uğramış, monopolist, faydalı iş əmsalı sıfırın altına düşmüş bir imic daşıyır. Odur ki, hələlik ciddi nəzərə çarpmasa da, daxili dəyişikliklərə hazırlıq işlərinə start veriləcəyini də gözləmək olar. Yəqin ki, yaxın vaxtlarda komandanın zahiri görünüşünə də nəzərə çarpacaq əl gəzdiriləcək.

Bununla yanaşı, həm müəyyən qanunvericilik islahatları, həm də yumşaq siyasi gediş imitasiyası ilə yeni siyasi situasiya yaradıla bilər. İlk növbədə, “yeni qüvvə” tezisi ilə diqqəti müxalifətin əsas güc mərkəzindən yayındırmağa və şirnikləndirici gedişlərlə etirazçı fəal elektoratın əsas qüvvə ətrafında birləşməsinin qarşısını almağa cəhd ediləcəyi istisna deyil.

Çünki müxalifətin uzun zaman dəyişikliklərə nail ola bilməməsinin toplumda doğurduğu təbii mənfi ictimai rəy mövcuddur və bu hal, doğrudan da, ənənəvi müxalifətin zərərinə işləyir. Həm də belə bir rəyin möhkəmləndirilməsi üçün iqtidarın nəzarətində çalışan gizli mərkəzlərin olması da istisna deyil.

Dəyişiklik arzusunda olan insanların, xüsusilə də gənclərin müəyyən bir qismi yanlış olaraq belə düşünür ki, ənənəvi müxalifətin meydandan çəkilməsi ilə bəlkə də köklü dəyişikliklərə nail olmaq mümkün olacaq. Durumun təhlili onu göstərir ki, yaxın vaxtlarda elə bir siyasi situasiya yarana bilər ki, iqtidarın gizli təbliğatçıları ilə, səmimi olaraq özlərini “yeni qüvvə” hesab edənlərin təbliğatçıları arasında razılaşdırılmayan bir ittifaq yaranar. İndiyədək hər hansı dəyişikliklərin baş verməməsinin səbəblərini ənənəvi müxalifətin rolu kimi topluma qəbul etdirmək istiqamətində total fəaliyyətə start veriləcəyi də istisna deyil. İqtidarın belə bir planının olması ehtimalı əlbəttə ki, səmimi şəkildə yeni qüvvə kimi ortaya çıxmağa cəhd edənlərdən şübhələnmək üçün əsas olmamalıdır. Toplumun sürətlə təşkilatlanması üçün bütün təşəbbüslər şəffaf şəkildə davam etməlidir. İstənilən halda “yeni qüvvə”nin gerçək hədəfi qısa zaman içərisində siyasi münasibətlərdə özünü göstərəcək.

Bu mövzu hal-hazırda mövcud gündəmin aktual məsələləri sırasında olmasa da, mütəmadi olaraq gündəmə gəlir və müzakirələrə açıqdır. Əsasən də bu müzakirələrə maraq göstərən şəxslər siyasi iddialı, təşkilatlanmaya meylli və dəyişikliklərə can atan fəal insanlar olduqları üçün daha peşəkar yanaşma sərgiləyə bilirlər.

Siyasi maraqlarının aydın çərçivəsi olan yetkin insanlar üçün siyasi müzakirələrdə “xoşlamıram”, “bəyənmirəm”, “dəstəkləmirəm”, “nifrət edirəm” kimi özəl baxışlardan doğan ifadələr və ya onların tam əksi çox az əhəmiyyətlidir. İctimai-siyasi münasibətlərin əsasını geniş mənada maraqlar təşkil etdiyindən, məsələyə emosional yanaşmanın qüsurlu nəticə doğuracağını belə şəxslərə izah etməyə də lüzum yoxdur.

Heç kəsə sirr deyil ki, ölkənin siyasi həyatında nəzərə çarpacaq durğunluq hökm sürür. Demək olar ki, bütün kütləvi demokratik institutların ən kəskin fəaliyyət böhranı yaşanır. Belə bir şəraitdən necə çıxmaq yolları ətrafında diqqətçəkən təşəbbüslərə rast gəlməsək də, müzakirələri vacib hesab edirik.

“Yeni qüvvə” tezisinin ikinci dəfə aktuallaşması

 

“Yeni qüvvə” tezisinin ikinci dəfə aktuallaşması 2005-ci ildə müxalifətin ətrafında nəhəng güc mərkəzinin yaranması və real alternativə çevrilməsi prosesininin yüksəldiyi dövrə təsadüf edir. İqtidar hərbi-polis və iqtisadi gücə tam sahib olsa da ictimai fikirdə siyasi oponentlərinə ciddi şəkildə uduzurdu.

Narıncı inqilabların dalğasında meydanlarda kütləvi etirazlardan doğan müxalif gücün hakimiyyət üçün törətdiyi siyasi təhlükəni önləmək məqsədilə polis zorakılığı ilə yanaşı, “yeni qüvvə” təbliğat tezisləri də gündəmə qaytarıldı. Toplumda belə rəy yaradılırdı ki, MDB məkanında baş verən hakimiyyət dəyişikliklərini o ölkələrdə mövcud olan “yeni qüvvə” lər reallaşdırdı və ənənəvi siyasi qüvvələrlə bu işin perspektivi yoxdur.

Repressiv metodlardan istifadə edərək müxalifətin zəiflədilməsi ilə paralel, “yeni qüvvə” tezisləri ərtafında total təbliğat kampaniyası da aparıldı. Hətta, bu müzakirələrə müxalifətin daxilindən də dəstək almaqla medianın gücü ilə ictimai fikri xeyli dərəcədə istiqamətləndirmək mümkün oldu.

Üçüncü dəfə “yeni qüvvə” tezisinin təkrar gündəmə gəlməsi aktuallaşmaqdadır. Ölkədə dərin maliyyə-iqtisadi böhranı hökm sürür, sosial-siyasi gərginlik pik həddədir, geosiyasi maraqların regiona fokslanması prosesi başlayıb. Bu gərginliklər fonunda 2018-ci ilin növbəti Prezident seçkisinin çox təlatümlü keçməsi ehtimalı artır.

İqtidar yetkililəri anlayır ki, belə sosial-siyasi gərginlikdə 25 il iş başında olan eyni komanda ilə Prezident seçkisinə getmək çox böyük siyasi risk yaradacaq. Mövcud komanda toplumun etimadını kifayət qədər itirib. Ən yumşaq ifadə etsək, tamamilə korrupsiyaya uğramış, monopolist, faydalı iş əmsalı sıfırın altına düşmüş bir imic daşıyır. Odur ki, hələlik ciddi nəzərə çarpmasa da daxili dəyişikliklərə hazırlıq işlərinə start veriləcəyini də gözləmək olar. Yəqin ki, yaxın vaxtlarda komandanın zahiri görünüşünə də nəzərə çarpacaq əl gəzdiriləcək.

Bununla yanaşı, həm müəyyən qanunvericilik islahatları, həm də yumşaq siyasi gediş imitasiyası ilə yeni siyasi situasiya yaradıla bilər. İlk növbədə “yeni qüvvə” tezisi ilə diqqəti müxalifətin əsas güc mərkəzindən yayındırmağa və şirnikləndirici gedişlərlə etirazçı fəal elektoratın əsas qüvvə ətrafında birləşməsinin qarşısını almağa cəhd ediləcəyi istisna deyil.

Çünki müxalifətin uzun zaman dəyişikliklərə nail ola bilməməsinin toplumda doğurduğu təbii mənfi ictimai rəy mövcuddur və bu hal doğrudan da ənənəvi müxalifətin zərərinə işləyir. Həm də belə bir rəyin möhkəmləndirilməsi üçün iqtidarın nəzarətində çalışan gizli mərkəzlərin olması da istisna deyil.

Dəyişiklik arzusunda olan insanların, xüsusilə də gənclərin müəyyən bir qismi yanlış olaraq belə düşünür ki, ənənəvi müxalifətin meydandan çəkilməsi ilə bəlkə də köklü dəyişikliklərə nail olmaq mümkün olacaq. Durumun təhlili onu göstərir ki, yaxın vaxtlarda elə bir siyasi situasiya yarana bilər ki, iqtidarın gizli təbliğatçıları ilə, səmimi olaraq özlərini “yeni qüvvə” hesab edənlərin təbliğatçıları arasında razılaşdırılmayan bir ittifaq yaranar.

İndiyədək hər hansı dəyişikliklərin baş verməməsinin səbəblərini ənənəvi müxalifətin rolu kimi topluma qəbul etdirmək istiqamətində total fəaliyyətə start veriləcəyi də istisna deyil. İqtidarın belə bir planının olması ehtimalı əlbətdə ki, səmimi şəkildə yeni qüvvə kimi ortaya çıxmağa cəhd edənlərdən şübhələnmək üçün əsas olmamalıdır. Toplumun sürətlə təşkilatlanması üçün bütün təşəbbüslər şəffaf şəkildə davam etməlidir. İstənilən halda “yeni qüvvə”nin gerçək hədəfi qısa zaman içərisində siyasi münasibətlərdə özünü göstərəcək.

 

Ardı var

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button