Könüllülərdən bayrağa hörmətsizlik

bayrağa hörmətsizlikBakı-2015 Avropa oyunları artıq arxada qaldı. Ölkəmiz üçün bəzi uğurlarla yadda qalan bu oyunlar bizə həm də “könüllülər” anlayışını gətirdi. Minlərlə gənc oyunlarda könüllü olaraq iştirak etdi, əziyyət çəkdi, təhlükədə olan oyunçuları xilas etdi və bununla da hamının təqdirini qazandı. Bu gənclərə elə böyük bir mükafat-filan da vermədilər. Onların mükafatı oxuduqları institutlarda pulsuz qiymət almaq, “zaçot” yazdırmaq və oyunlar başa çatandan sonra birbaşa Gənclər və Turizm nazirinin əllərindən diplomlar almaq oldu. Hə, bir də könüllülərin şərəfinə Milli Parkda konsert təşkil edildi. Onların şərəfinə şəhərin yollarını bağladılar, ölkənin bütün oxuyanlarını bulvara gətirdilər və gənclər doyunca əyləndilər.

xural.com-a daxil olan fotodan göründüyü kimi, könüllülər o qədər əyləniblər ki, ayaqlarının altında əzilən Azərbaycan bayraqlarına fikir belə verməyiblər. Axı onların hamısına verilən milli bayrağımız sona qədər də əziz saxlanılmalı və kimsəyə verilməməli, yerə atılmamalı idi.

Görünür, Avropa oyunlarında hər şey öyrədilib, amma milli bayrağa sahib çıxmaq yaddan çıxıb. Olsun, inşallah, qarşıda o qədər belə bayramlar olacaq ki. Ümid edək ki, barı o zaman könüllülərə bayrağa hörmət və ehtiramı da öyrədəcəklər.

 

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button