Korrupsiya İdarəsi kimləri tutur?

Rahib Hacıyev

Alan bəlli, verən bəlli…

Kimin maaşı nə qədərdir? Baş nazirin 2.406 manat, Milli Məclisin spikerinin 2.925 manat, nazirlərin 1.875 manatdır. Baş nazir iki milyon manat sahib olmaq üçün 69 il, Milli Məclisin spikeri 56 il, nazirlər isə 88 il öz maaşlarını xərcləmədən yığmalıdırlar. Bu xırda araşdırmanı aparmaqda məqsədim kiminsə qazancını hesablamaq deyil. Məqsəd mətbuatı zəbt etmiş sabiq ləğv olunmuş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun və onun yüksək çinli əməkdaşlarının dövlət məmurlarından hədə-qorxu yolu ilə milyonlarla manat almasıdır. Maraqlısı da ordadır ki, bu məmurlar milyonlarla ölçülən məbləği haradan əldə edir, necə qazanırlar? Şübəsiz ki, hər bir ölkəni ağıllı və güclü idarəetmə qabiliyyətinə malik şəxlər idarə edir. Faktiki olaraq ölkəmizdə belə neqativ halları araşdırmaq üçün korrupsiyaya qarşı mübarizə idarəsi yaradılıb. Möhtəşəm də binası var. Yəni onların fəaliyyət göstərməsi üçün hər şərait yaradılıb. Bəs bu idarənin fəaliyyəti nədən ibarətdir? Ya həmin idarənin özü akif çövdarovlarla, eldar mahmudovlarla doludur, ya da sadəcə onların işləri arxasız xırda məmurların korupsiya işlərini araşdırmaqdan ibarətdir. Yəni buyruğa tabe olan bir idarədir. Bu, bir Azərbaycan reallığıdır. Baxın, hədə-qorxu yolu ilə pul alan da və etdiklərindən qorxub oğurladıqlarını verən də eyni komandanın etibarlı üzvləridir. Əslində, keçmiş MTN-çilərdən çox, onlara milyonlarla pul verən məmurlar hədəf olmalıdır. Onlar verdikləri pulları hansı yollarla qazandıqlarını açıqlamalıdırlar.

Nəsə, çox dərinə getmirəm ki, sonra başım da ağrımasın. Heyif sənə, Azərbaycan!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button