Kral ailəsinin körpəsi doğuldu

Kral ailəsinin körpəsi doğuldu

Böyük Britaniyanaın gözlədiyi körpə doğuldu. ANS PRESS-in məlumatına görə, şahzadə Uilyamın ikinci övladı bir neçə dəqiqə öncə dünyaya gəlib.

 Kral sarayından verilən məlumata görə, Keyt Midelton qız övladı dünyaya gətirib. Hələlik körpə barədə ətraflı məlumat verilməyib.
Kembrinc hersoqiniyası bu gün səhər saatalarında doğuş üçün xəsətəxanaya aparılmışdı.
Qeyd edək ki, körpənin cinsi və adı ilə bağlı aylardır ciddi müzakirələr gedib, hətta mərc belə qoyulub. Çoxları onun qız olacağını gözləyirdi. Körpə taxt-tacın 4-cü varisi olacaq.
Keyt Midelton və şahzadə Uilyamın ilk övladı 2013-cü il iyul ayının 22-də doğulub. Onların Corc adlı oğlanları var.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button