Kürdəxanı qəbirstanlığını yenə su basdı -FOTO/VİDEO

 DSC_0245

“Özümüz bir yana, heç olmasa ölülərimizə hörmət eləsinlər…”

Bir müddət əvvəl Kürdəxanı qəbirstanlığını kanalizasiya, yağış sularının basması ilə bağlı məlumat vermişdik. Həmin vaxtdan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Kürdəxanı bələdiyyəsi problemin aradan qaldırılması üçün nəinki əncam çəkməyib, ümumiyyətlə məsələ ilə maraqlanmayıblar da.

“Onlara xatırladın ki, bu problemin aradan qaldırılması birbaşa bələdiyyənin səlahiyyətlərinə daxildir və ölçü götürülmədiyi təqdirdə sakinlərin ciddi etirazları ilə qarşılaşacaqlar”.

Ata-babalarının, əzizlərinin dəfn olunduğu məzarlığın getdikcə suyun altında qalması yerli sakinlərin hiddətlənməsinə səbəb olur:

“Bizim millət hər zaman böyüyünə. keçmişinə sayğılı olub. Bu nə deməkdir? Bələdiyyələrə ildə nə qədər pul vəsaiti ayrılır. Dövlətin pulunu ata malı kimi dağıdırlar, bir dənə də olsun problemi həll etmirlər”

Kürdəxanı Bələdiyyəsinin sədri Həqiqət Zeynalova
Kürdəxanı Bələdiyyəsinin sədri Həqiqət Zeynalova

Qəsəbə qəbirstanlığına qarşı edilən hörmətsizliyə etirazını bildirən sakinlərin sözlərinə görə, 2 ilə yaxındır ki, dəfələrlə bu məsələ ilə bağlı Kürdəxanı bələdiyyəsinə müraciət etsələr də ölçü götürən olmayıb. Kürdəxanının tarixi uzaqlara gedir. Lakin burada yeni salınmış tikililər də mövcuddur. Qəsəbədə kanalizasiya xəıttinin olmaması səbəbindən sakinlər çirkab suları qəsəbədən 50 metr aralıda olan gölməçəyə yönəldiblər. İllərdir, bu da yaxınlıqda olan qəbirstanlığa problem törətmirdi. Lakin elə ki, qəbirstanlığın düz qənşərində yol adı ilə təpə ucaltdılar, gölməçəyə gedən yolu bağladılar, bütün sular qəbirstanlığa doğru üz tutdu. İndi həyəcandan, əsəbdən gecələr də yata bilmirik. Su ilə qəbir daşlarının arasında cəmi 1-2 metr məsafə qalıb. Əgər ölçü götürməsələr, ölülərimizi də, özümüzü də təhqir etmiş olacaqlar. Qardaş, iş görmək istəyən yoxdur. 4 ildir ki, burada bu təpəni ucaldıblar, Kamazla torpaq, sementə oxşar toz buraxan, tərkibi naməlum qum gətirib töküblər. Deyiblər, guya yol çəkirlər. Birdən birə işi yarımçıq buraxdılar. Vəsait çatmayıb. Bunlar əvvəlcə özlərinə cib xərcliyi götürürlər, sonra hökumətin işini görürlər. Sonra da bəhanə edirlər ki, pul çatmır. Pulunu hesabla, sonra bu qəsəbəni kor qoy da… Belə olmaz axı. Nə gecəmiz var, nə gündüzümüz. Buranın da nə yiyəsi var, nə sahibi. Dərdimizi deməyə adam da tapa bilmirik. Hamısı vəzifədədilər deyə, sakinlərə yuxarıdan aşağı baxırlar. Səbrin də bir sonu var, ya yox? Sonra da deyəcəklər ki, sakinlər aksiya-filan keçirirlər, yolu bağlayırlar. Bəs nə edək? Gəlsinlər, baxsınlar da bura… İşləri döyül bəyəm. Özgə vaxt onların əlindən bir toyuq hini də tikə bilmirik, özlərini o saat göstərirlər. Bir ilə yaxındır ki, bura bu gündədir, haradadırlar?”

Müsahibimiz onu da bildirdi ki, Kürdəxanı Bələdiyyəsinin sədri Həqiqət Zeynalovanın ümumiyyətlə qəsəbədə baş verənlərdən xəbəri yoxdur:

“Onun işi ev tikmək istəyən sakinlərdən “taksa” yığmaqdır. Sonra da deyirlər ki, niyə nardaranlılar, ismayıllılar, ağsulular, nə bilim haralılar ayağa qalxdılar. Neçə dəfə xəbərdarlıq etmək olar? İşinizi görün də…” 

Məsələ ilə bağlı qarşı tərəfin reaksiyasını da dərc etməyə hazırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button