Kürdmaşı əhli və Zahidovlar

Cəmil Həsənli baş redaktorun nəslinə qarşı repressiyanı elə tarixi hadisəyə bənzətdi ki…

Milli Şuranın sədri, professor Cəmil Həsənli son günlər Qənimət Zahidə qarşı baş verənlərə münasibət bildirib. Cəmil Həsənlinin “facebook” hesabında paylaşdığı yazını təqdim edirk:
Qənimət bəy mənim tələbəm olub.Hələ gənclik illərindən ruhunda haqqa tapılmaq meyili vardi. Sonra azadliq sevdalısı oldu.Tanıdığım adamlardan çox azı öz ideallarında bu qədər ardıcıl və sabitqədəm olub. Nə təqiblər nə həbslər, nə ailə təhdidləri onu sındıra bilmədi. İmanına sadiq adamdir. Beytülhəqq ziyarətçilərindən kimsə haqsızlığa, zülmə dirəniş məsələsində onunla ayaqlaşa bilməz. Zəmanəmizdə belələri tək-tükdür.
Bir neçə il əvvəl sevgidən nakam qalmış Sevgiladənin “oduna” yandı. Bu od onu sındırmadı. Məhkəməni də, həbsi də gülə-gülə yola verdi. Həmin vaxt qızı Aysel tələbəm idi. Daxili iztirabların hiss edirdim. Lakin bu nahaq şər onlarıın ailəsində heç kimin qürurun pozmadı. Azərbaycanda çoxlarını ailə hekayəsi ilə sındırıblar. Qənimət bəy cəlayi-vətən olub bu sınaqdan da ləyaqətlə çıxdı. İndi bir vaxtlar Şirvan zahidlərinin yurdu olmuş bütün Meysərini Qənimət bəyə görə silistə çəkirlər.
800 nəfər jurnalistin Zərdabinin adından yararlanmaq istədiyi bir məqamda, Həsən bəyin işıqlı əməllərinin çırağında özünü pərvanə kimi oda vuran, bu millətin haqqı və hüququ uğrunda dirəniş göstərən bir söz adamının az qala bütün nəslini kəsməyə fərman verilib. Biz son illərdə ayrı-ayrı ailələrin dramını görmüşdük. İndi bir nəslin, bir kəndin dramı gözümüzün qarşısındadır. Meysəri və az qala bütün Şirvanda Zahidov soyadında kim varsa, sən demə bir gecənin içində hamısı tiryək dumanında xamuş olub, yol kəsən, karvan basan silah əhli olub, bu babətdən onları “intizama” dəvət edən polisə də “müqavimət” göstəriblər.
Azərbaycanda bir nəslin, bir kəndin dramı sonuncu dəfə 1937-ci ildə Şamaxı qəzasının Kürdmaşı kəndində olmuşdu. İndi həmin kənd İsmayıllı rayonuna baxır. Bir gecənin içində Kürtmaşının 16 yaşdan tutmuş 76 yaşa qədər bütün kişi əhalisi NKVD orqanları tərəfindən həbsə alındı. Tarixin yaddaşına hopmuş bu hadisə, indi Meysəridə təkrarlanır. Lakin bircə fərqlə. Həmin vaxt Kürdmaşı əhlin həbs edən erməni müstəntiqlər idi. Meysəridə Zahidovların ovuna çıxan isə Qənimət bəyin dediklərindən sərsəri vəziyyətinə düşmüş “özümüzünkilər”dir.
“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button