“Kürü diplomatiyası: Avropa bataqlığı” hesabatı – yeni ifşalar

Avropa Sabitlik Təşəbbüsü (European Stability Initiative) dekabrın 17-də “Kürü diplomatiyası: Avropa bataqlığı” adlı araşdırmasının ikinci hissəsini dərc edib.

http://www.esiweb.org/index.php?lang=en&id=156&document_ID=181

Bu araşdırmada Azərbaycan Milli Məclisinin deputatları və yüksək vəzifəli Avropa siyasətçilərinin cəlb olunduğu korrupsiya sxemlərinin ifşası davam etdirilib.

Rəsmi Bakının maraqlarının fəal lobbiçiləri arasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Xalq Partiyasından olan qrup sədri, İtaliya prokurorluğu tərəfindən məsuliyyətə cəlb edilmiş italiyalı

Kürü diplomatiyası: Avropa bataqlığı” hesabatı

parlamentari Luka Volontenin (Luca Volonte) adı çəkilir. İstintaqla əməkdaşlıq etməyə razılaşan Volonte Azərbaycandan pul alan bir çox Avropa siyasətçisinin adlarını açıqlayıb. İzlər hazırki AŞPA sədri Pedro Aqramunta da aparıb çıxarır.

Volonte özü lobbiçilik xidmətlərinə görə, Azərbaycandan təxminən 3 milyon avro alıb. O, bu vəsaitin bir hissəsini digər deputatlara paylayıb, deyə hesabatda qeyd edilir.

20 səhifəlik hesabatda bu çirkli oyunlara cəlb edilmiş və Avropada məsuliyyətə cəlb oluna biləcək bir sıra Azərbaycan deputatlarının adları göstərilir.

Kürü diplomatiyası: Avropa bataqlığı” hesabatı

Kürü diplomatiyası: Avropa bataqlığı” hesabatı

Belə ki, Volonte dindirmələrdə təsdiq edib ki, onun müxtəlif ölkələrdəki və banklardakı hesablarına aşağıdakı məbləğlər daxil olub:

17 dekabr 2012 – 100,000 avro,

27 dekabr – 220,000 avro,

19 mart 2013 – 180,000 avro,

İyulun 10-dan dekabrın 31-dək – 630,000 avro,

2014-cü il yanvarın 23-dən dekabrın 31-nə qədər – 1,260,000 евро.

Rüşvətin ümumi məbləği 2,390,000 avro təşkil edib.

Bu pul italiyalı və digər Avropa ölkələrindən olan bir sıra deputatların Azərbaycanın tərəfinə çəkilməsinə xərclənib, onlar Avropa Şurasının Azərbaycanda insan hüquqlarının pozulmasınə pisləyən qətnamə və məruzələrinin əleyhinə səs veriblər.

Müşahidəçilər güman edir ki, AŞPA-ının 2013-cü il yanvar sessiyasında Almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında hazırladığı məruzə məhz bu pullar sayəsində qəbul olunmayıb.

Xatırladaq ki, ilk “Kürü diplomatiyası” məruzəsi üç il əvvəl yayılıb, həmin vaxt Azərbaycan hakimiyyəti bütün bu ittihamları təkzib edərək, məruzəni əsassız adlandırmışdı.

http://www.esiweb.org/index.php?lang=en&id=156&document_ID=131

Öz növbəsində, Azərbaycan rəsmiləri və məruzədə adı çəkilən deputatların ofisləri hələ bununla bağlı sorğumuza cavab verməyib. Deputatların özləri isə telefonlarına cavab vermir.

Hesabatda bundan sonra atılmalı olan addımlar barədə tövsiyyələr də yer alır. Bildirilir ki, 2017-ci ilin yanvarında baş tutacaq AŞPA-nın növbəti plenar sessiyası öncəsi aşağıdakı işlərin görülməsi nəzərdən keçirilə bilər:

  1. AŞPA digər üzvlərə rüşvət verməkdə ittiham edilən Elxan Süleymanov və Müslim Məmmədovun üzvlüyünə xitam verməli və barələrində təhqiqat başladılmalıdır. AŞPA bütövlükdə Azərbaycan deleqasiyasının səs hüququnu əlindən almalıdır.
  2. 2013-cü ilin yanvarın 13-ü baş tutan səsvermə üzərindəki qaranlıq məqamları nəzərə alaraq, AŞPA Azərbaycanın siyasi məhbusları üzrə etibarlı xüsusi məruzəçi təyin etməlidir. Kənardan əlavə insan haqları ekperti də həmməruzəçi qismində təyin edilməlidir ki, prosesin düzgünlüyünü təsdiq etsin.
  3. Avropa Şurası Nazirlər Komitəsi məsələni müzakirə etməli və bu cür hallara qarşı təcrübəsi olan müstəqil təhqiqatçı tutaraq 2001-ci ildən bu yana Azərbaycanın Komitə və AŞPA-dakı fəaliyyətini araşdırmalıdır.
  4. Fransa, İspaniya, Almaniya və digər ölkələrdəki prokurorlar öz italyan həmkarları ilə əməkdaşlıq edərək həmin dövrdə baş tutan şübhəli davranışları araşdırmalıdır.
  5. Avropa Şurasının baş katibi Torbyorn Yaqland ciddi şəkildə bəyan etməlidir ki, heç bir halda parlamentarilərin və rəsmilərin korrupsiya əməllərinə tolerant yanaşılmayacaq.
  6. Avropa Şurasına üzv dövlətlərin hökumət və parlamentləri üzə çıxan bu cür hallara və struktur problemlərinə qarşı ciddiyyət ortaya qoymalıdır. Hərəkətsizlik artıq seçim variantı olmaqdan çıxmalıdır. AŞPA üzvləri həm də milli parlamentlərin üzvü olduğu üçün bu parlamentlər üzvləri AŞPA-da xidmət etdiyi dövrdə onların davranış kodekslərinə nəzarəti gücləndirməlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button