KXCP-nin qurultayı- Mirmahmud Mirəlioğlu yenə sədr seçildi- Fotolar

KXCP-nin qurultayı- Mirmahmud Mirəlioğlu yenə sədr seçildi- Fotolar 

 

Qurultayda açıq səsvermə keçirilib və sədrliyə namizəd ancaq köhnə sədr Mirmahmud Mirəlioğlu olub. O, açıq səsvermə nəticəsində yenidən KXCP-nin sədri seçilib. Qərarın əleyhinə bir nəfər, bitərəf də bir nəfər olub. M.Mirəlioğlu çıxış edərək etimada görə təşəkkürünü bildirib. O, həmçinin qeyd edib ki, bu, onun namizədliyini irəli sürdüyü sonunu qurultaydır: “Növbəti qurultayda mən namizəd olmayacam. Mənim namizədim olacaq. Həmin namizəd gənc olacaq. Baxın, zalda gənclərimizin sayı barmaqla sayılacaq qədərdir”.
Ədalət Tahirzadə isə M.Mirəlioğluna Ə.Elçibəyin şəxsiyyət vəsiqəsini hədiyyə edib. “Mən heç bir siyasi fəaliyyət göstərmirəm. Amma Mirmahmud ağa haradadırsa, mən oradayam. Çünki Mirmahmud ağa Elçibəyin yanındadır”,- deyə o, bildirib. O, M.Mirəlioğlunun yenidən sədr olmasını təklif edib: “Çünki o, olmasa, partiya dağıla bilər. Elçibəyin birbaşa varisi KXCP-dir”.
Daha sonra Mərkəzi Nəzarət-Təftiş Komissiyası və Ali Məclisin hesabatları dinlənilib. Bildirilib ki, Ali Məclis indiyədək 152 qərar qəbul edib. Məclisin qarşısında duran əsas məsələ təşkilatlanma və seçki məsələsi olub. Qurultay nümayəndələri hər üç hesabatı müsbət, qənaətbəxş qiymətləndirib.
Mirmahmud Mirəlioğlu KXCP-nin ikinci qurultaydan ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı hesabat verib. “Əleyhdarlarımızın da, tərəfdarlarımızın da gözü hazırda bu zaldadır. Dəvətimizə məhəl qoymayıb tədbirimizə gəlməyənlər də var. Biz düşünürük ki, millətimizə sahib durmalıyıq. Gördüyümüz işlər sırasında danışmalıyıq ki, bir il əvvəl məcbur olduq bir araya gələk, hamının hüququnu müdafiə edək. Çünki ölkədə hüquq müdafiəçisi qalmadı, hamısını həbs etdilər. Biz hüquqlarımızı qorumağa hüquq müdafiəçisi tapa bilmədik. Haqq sözünü deyən qələm sahibi azaldı, həbs etdilər onları. Sabitlik və inkişaf o vəziyyətə gətirib çıxartdı ki, ölkəni, Bakının ortasında, Binəqədidə, Azadlıq prospektində vətəndaş öz evində yandı”.
O, yaradılan “Azadlıq-2015” seçki blokundan söz açaraq, deyib ki, bu ilki seçkidə birdə mübarizə aparacaqlar: “Biz bu qurultaya həm iqtidar, həm də müxalifət partiyalarını qonaq dəvət etmişdik. Hakim partiyaya da dəvətnamə göndərdik. Ancaq onlar özlərini hökmdar partiya hesab edib gəlmədilər”.
O, KXCP-nin bu ilki parlament seçkilərində iştirak edəcəyini diqqətə çatdıırb: “Gördüyümüz işlər göz önündədir. Keçirilmiş konfranslar barədə xəbəriniz var. Bu il sçekilər olacaq, mütləq iştirak etmək lazımdır. KXCP bu seçkilərə böyük önəm verir. Silahlarımızdan biri seçkidir və seçkidə iştirak etmək lazımdır. Bunun alternativi yoxdur. Boykotla bağlı atılan addımlar özünü doğrultmayıb. Buna görə KXCP seçkiyə getmək qərarındadır və müttəfiqlərlə dairələr üzrə namizədlərimizi müəyyənləşdirməliyik”.
Mandat Komissiyasının təmsilçisi Xəzər Teyyublu çıxış edərək bildirib ki, iki protokol tərtib ediblər. Birincisində komissiyanın beş üzvü təqdim olunub və təsdiq edilib. Həmçinin, 298 qurultay nümayəndəsinin mandatları səlahiyyətli hesab edilib. Qeydiyyatdan 252 nəfər keçib.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də öz adından və müsavatçıların adından təbriklərini çatdırıb: “Biz bir yolun yolçusuyuq. Rəsulzadə-Elçibəy yolunun yolçusuyuq. Bu gün Əliyev rejiminin məddahları Xalq Cəhbəsi haqqında, tariximiz haqqında olmazın yalanlar, böhtanlar yazırlar. Vaxt gələcək, tariximiz olduğu kimi yazılacaq. Saxtakarlar tarixi dəyişə bilməzlər”.
O, həmçinin bildirib ki, keçmişi dəyişmək mümkün olmasa da, gələcəyi dəyişmək, təsir etmək mümkündür. Onun fikrincə, bu qurultayın gələcəyi qərarlar da gələcəyə təsir edə bilər: “Ümid edirəm ki, bugünkü qurultaydakı qərarlarınız və sonrakı fəaliyyətiniz Azərbaycanın gələcəyi uğrunda uğurlara çatmaq üçün önəmli rol oynayaaq. Bu yolda hamınıza uğurlar arzulayıram”.
Tarixçi Firudin Cəlilov, istiqlalçı deputat Məryəm Həsənova, İsgəndər Həmidov, VHP sədri Sabir Rüstəmxanlı da təbriklərini çatdırıb. O cümlədən, “Savalan” qrupu da partiyanı musiqi ilə təbrik edib.
Qurultayda çıxış edən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib ki, KXCPnin qurultayı partiyanın tarixində əhəmiyyətli hadisələrdən biridir.
Ədalət Partiyasının sədri İlyas İsmayılov isə deyib ki, qurultayda partiyanın səhvlərinin müzakirə edilib çıxış yolu göstəriləcəyinə inanır.
VİP sədri Əli Əliyev də təbriklərə qoşulub: “Uğurlarımız dövlətə yansısın”.
İxtiyar Şirin isə KXCP-nin təmsilçilərinin istiqlalın qazandırılmasında rolundan danışaraq, mübarizələrində onlara uğur arzulayıb.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə KXCP-ni bütünlüklə milli ruhun, milli genin daşıyıcıları hesab etdiyini vurğulayıb və uğur arzulayıb.
Qüdrət Həsənquliyev qeyd edib ki, müstəqilliyin əldə olunmasında müstəsna əməyi var: “Biz Əbülfəz bəyin, digər öndərlərin arzuladığı dövləti qura biləcəyik. Bu yolda hər kəsə uğurlar arzulayıram”.
AXP sədri Pənah Hüseyn qurultayın Azərbaycan siyasi həyatında mühüm hadisə olacağını vurğulayıb: “İqtidar olmaq vaxtıdır. Sizə bu istiqamətdə ən real addımlar atmağı arzu edirəm. Sizə qələbələr arzulayıram”.
AMİP sədri Yusif Bağırzadə ümumilikdə siyasi partiyalara birləşmə arzu edib.

































Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button